Yapon texnologiya şirkəti Fujifim, FinePix Z300 adlanan, sensorlu ekranda lazımi obyektə barmaqla toxunmaqla fokuslanma və çəkim etməyə imkan verən yeni model istehsal edəcək.
5x optic zumlu 10Mp-lik bu fotoaparat SD və SDHC tip kartları dəstəkləyir, həmçinin video çəkim funksiyasına da sahibdir (30 kadr/saniyə).
İstehsalçının fikrincə bu yenilik foto sahəsində təcrübəsiz insanların çəkim zamanı buraxdığı xətaları aradan qaldıraraq şəkillərin daha keyfiyyətli olmasına kömək edəcək. Sensorlu idarəetmə funksiyasına ehtiyac olmayan insanlar üçün Fujifilm ənənəvi tətik düyməsini saxlayıb.
İlk vaxtlar bu model yalnız Yaponiya bazarında satılacaq. Onun qiymətinin 400 ABŞ dolları olacağı təxmin edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri