Sony ağlasığmaz dizaynlı elastik cihazlar istehsal edəcək

17-10-2009 / 14:12

Yaponiyada keçirilən, CEATEC sərgisində Sony şirkəti OLED texnologiyalı elastik ekranlı notebook-unu təqdim edib. Bu cihaz maraqlı xüsusiyyətləri ilə seçilir.

Nazik displey notebook-un tam olaraq içəri hissəsini, ekran hissəsini, eləcə də klaviatura blokunu tutur. Nazik notebook-u boru kimi qatlamaq olur, çiyindən asmaq rahatdır və istənilən yerə aparmaq olur.

Alman bürosu Orkin Design, həm də praktiki olaraq bu sərgidə yaponlarla birgə yığcam kompüter haqqında konsepsiyalarını avropalılara təqdim edib. Orkin Design klaviatura və elastik ekranlı və asanlıqla boruya çevrilən ağ-mavi cihazını, gələcəyin notebook-unu hazırlayır.

 Almanlar öz ixtiralarını açılmış vəziyyətdə Rolltop adlandırırlar. Qəribə cihaz 17 düymlük monitorlu və ya 13 düymlü planşetli kompüter ola bilər. Təqdimatda göstərilən qurğular sadəcə maketlərdən ibarət idi. Buna görə də, Sony elastik ekranın iş prinsiplərini göstərməyib, ancaq istehsalçılar əmindilər ki, elastik mobil telefonlar və player-lər də yaxınlarda satışa təqdim olunacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə