Nokia Morph dünyanın ən gözəl dizaynlı telefonu oldu...

05-12-2008 / 18:45

   Nokia Morph mobil telefonunun konsepti ən yaxşı dizayna görə Red Dot Design Award beynəlxalq mükafatına layiq görülüb. Ümumilikdə müsabiqədə 1906 namizəd iştirak edib ki, onların arasından 21 ən yaxşı konsept seçilib (Nokia Morph-da bu sırada idi). Bu barədə ITnews  yazır. İlk dəfə ötən ilin qışında Müasir İncəsənət Muzeyində Design and The Elastic Mind sərgisi çərçivəsində nümayiş etdirilmiş Morph Nokia şirkətinin İşləmələr mərkəzi və Kembric Nanoelmlər Mərkəzinin birgə məhsuludur.
   Nokia-da qeyd edirlər ki, Morph mobil kommunikasiyaların yeni formaları üçün tam yeni nəsil mobil qurğuların yaradılması imkanını nümayiş etdirib.
Morph-un əsasını aparatın bütün üz səthini örtən elastik rəngli sensor displey təşkil edir.    Telefonun korpusu isə elastik şəffaf plastikdən hazırlanıb. Lakin telefonun əsas özəlliyi və tərtibatçıların sirri, Morph-un içərisinin də tam şəffaf olmasıdır. Nokia şirkətinin və Nanoscience Center-in mütəxəsisslərinin bu nəticəni necə əldə etmələri məlum deyil, lakin fakt, fakt olaraq qalır.
   Morph-un elementlərinin yaxın 7 il ərzində mobil qurğularda tətbiq olunması ehtimal olunur.
Bundan əlavə gözlənilir ki, nanotexnologiyaların inkişafı istehsal xərclərini nəzərəçarpacaq dərəcədə azaltmağa imkan verəcək, bu zaman mobil qurğuların kompleks funksionallıqları qorunub saxlanacaq.

 

 

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə