Toshibadan 512 GB-lıq SSD-li notebook

19-05-2009 / 19:01

Toshibanın yeni Portege R600 notebook ardıcıllığı 512 GB-lıq SSD (Solid state drive, RAM drive də deyirlər) ilə təchiz edilmişdir.

Firmanın dediyinə görə, bu bazarda ilk belə notebookdur. SSD-nin köməyi ilə notebook bateriyası 8 saatadək qala bilir.

SSD kompüteri zərbələrə qarşı daha dayanıqlı edir. Beləcə məlumat itkisinin qarşısı alınır. 12,1 düymlük subnotebook İntel Core 2 Duo SU9400 prosessor və 3 GB RAM ilə təqdim edilir.

 SSD-dən əlavə DVD yazar, WLAN və Bluetooth kimi funksiyalar da var. Portege R600-ST4203 hələlik yalnız ABŞ-da işlədilir.

Cihaz Yaponiyada Dynabook SS RX2/WAJ adıyla satışa çıxarılıb. Subnotebookun qiyməti 3000 $-a yaxındır. Avropa bazarına nə vaxt çıxarılacağı məlum deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə