Toxunma ilə işləyən ucuz ekran texnologiyası gəlir!

19-12-2008 / 08:44

Toxunma ilə işləyən ekranlar üçün bir sərvət tökməyinizə ehtiyac yoxdur. Quanta daha uyğun bir çıxış yolu təqdim edir.

Optical Touch Screen: Belə ekran kamera sayəsində də mümkündür.

Tayvanlı notebook istehsalçısı Quanta normal monitorları “toxunaqlı ekranlara” çevirən bir kamera sistemini təqdim  etdi.

“Optical Touch” adı monitorun kənarlarına yerləşdirilən və əl hərəkətlərini yazan iki kameradan meydana gəlir. O daha çox hərəkət qəbul eləyə bilər. Beləcə sistem Windows 7-nin mərkəzi yeniliklərindən birini dəstəkləmiş olur.

Optical Touchun xüsusilə böyük ekranlarda, ənənəvi toxunaqlı  panellərə görə daha ucuz olacağı açıqlandı. Bu texnologiyanı əsas götürən monitor və laptoplar qısa müddət içində ardıcıl istehsala keçəcək.

Quanta Computer dünyadakı ən böyük notebook istehsalçısı və başqa firmaların yanında Acer, Alienware, Apple, Dell, HP, Lenovo və Sony-nin laptoplarını çıxarır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.