Yaponiya qəribə yeniliklərə birinci imza atmağa öyrəncəlidir. Tokio Universitetinin alimləri kağız incəliyində və bükülə bilər flash yaddaş hazırlayıblar. Təchizat dünyasını dəyişdirə biləcək bu yeni texnologiyanın köməyi ilə elastik və inanılmaz dərəcədə incə cihazlar hazırlana bilər.
Yeni flash yaddaş elastik və incə bir quruluşa sahib olacaq. Polietilen naftelet (PEN) adı verilən bir maddədən edilən bu yaddaşlardakı məlumatların 1000 dəfə yazılıb silinə bildiyi qeyd edilir.
Tokio Universitetindəki elm adamlarının verdiyi açıqlamaya görə, yaddaşlar 6 mm-ə qədər bükülə bilir və məlumatlarda, ya da cihazın quruluşunda heç bir pozulma yaşanmır.
Bu yeni texnologiya hələ inkişaf etdirilmə mərhələsindədir. Yeni yaddaşlar üzərində olan məlumatları yalnız bir gün saxlaya bilir. Ancaq araşdırmaçılar bu yeni texnologiyanı ardıcıl istehsal edilə biləcək şəkilə gətirəcəklərini iddia edirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri