HP ilk mini-notebookunu satışa çıxardı

15-04-2009 / 19:04

HP Pavilion dv2 adlı sub-notebooku (mini-notebook) rəsmi olaraq təqdim etdi. 12.1 düymlük notebook`un çəkisi 1.7 kq –dır. 24 mm uzunluğunda və bir DİN-A4 səhifəsi ilə eyni sahəni örtür.

Mini-notebook incə dizaynı ilə fərqlənir. RAM- 2 GB(ən çox 4 GB)olan mini-notebook 512 MB yerli yaddaşlı ATI Mobility Radeon HD 3410`la birgə təqdim edilir. Seçimə bağlı olaraq xarici DVD və ya Blu-ray da var.

Bağlantı mövzusunda isə cihaz HDMI, VGA və üç USB girişinin yanında Bluetooth, 100 MBit LAN və 54 MBit WLAN interfeysləriylə seçilir. 5-in-1 kart oxuyucusu da var.

320 GBlik sabit diskdə Windows Vista Home Basic və ya Premium hazır yüklənmiş şəkildə verilir. HP Pavilion dv2 aprel ayından başlayaraq 3 fərqli qurulma ilə satışa çıxarılır. Qiymətləri isə 800, 900 və 1000 $ ətrafında dəyişir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.