Previous Next
Bağla

Sosial mediada yeni qadağalar: etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk?

15-01-2026 19:09
Sosial mediada yeni qadağalar: etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk?

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna etdiyi yeni dəyişikliklərlə bağlı paylaşım edib və bu qərarın mümkün təsirlərini dəyərləndirib.

Xeberler.az bildirir ki, ekspertin sözlərinə görə, qanuna edilən dəyişikliklərə əsasən, kütləvi nümayiş zamanı ictimai mənəviyyatı təhqir edən, açıq hörmətsizlik ifadə edən, söyüş, əxlaqsız ifadə və jestlərə, eləcə də milli-mənəvi dəyərlərə zidd vizual məzmunun yayılması məhdudlaşdırılır. Onun fikrincə, son illər sosial mediada etik çərçivəni aşan, təhqiramiz, çılpaq və aqressiv məzmunun artması bu hüquqi tənzimləməni zəruri edib.

Osman Gündüz vurğulayıb ki, xüsusilə uşaqların və həssas qrupların qorunması, eləcə də ictimai məkanın minimum etik standartlarla müdafiəsi baxımından qanunun məqsədi anlaşılandır. Bununla yanaşı, o, yeni normaların tətbiqi ilə bağlı risklərin də mövcud olduğunu qeyd edib.

Ekspertin sözlərinə görə, qanunda işlədilən “ictimai mənəviyyat”, “əxlaqsız ifadə”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışların dəqiq tərifinin verilməməsi subyektiv və seçmə tətbiq riskini yarada bilər. O hesab edir ki, bu cür qeyri-müəyyən anlayışlar gələcəkdə sərt tənqidlərin, satira nümunələrinin, performans sənəti və jurnalist materiallarının da məhdudlaşdırılmasına səbəb ola bilər.

Osman Gündüz jurnalistlərə, blogerlərə və kontent istehsalçılarına müraciət edərək bildirib ki, bundan sonra tənqidlərdə daha ehtiyatlı olmaq vacibdir. Onun sözlərinə görə, söyüş, açıq təhqir və çılpaq vizual görüntülər artıq hüquqi risk və məsuliyyət yaradır və canlı yayımlar, “story”lər də adi paylaşımlar kimi hüquqi məsuliyyət daşıyır.

Ekspert vurğulayıb ki, onlayn mühitdə söyüş və açıq təhqirlər ifadə azadlığının forması hesab edilə bilməz, faktlara, arqumentlərə və etik çərçivəyə əsaslanan tənqid isə daha təhlükəsiz yanaşmadır.

Paylaşımda qeyd olunub ki, qanun niyyət etibarilə etik mühiti və ictimai məkanı qorumağa yönəlib. Lakin Osman Gündüzün fikrincə, aydın izahatlar, dəqiq hüquqi təfsirlər və güclü məhkəmə nəzarəti olmadan bu normaların tətbiqi ifadə azadlığı üçün risklər yarada bilər. O, bəzi ölkələrin təcrübəsində bu cür məhdudiyyətlərin yalnız dar çərçivədə, dəqiq təriflər və məhkəmə nəzarəti altında tətbiq olunduğunu xatırladıb.

Ekspert sonda bildirib ki, demokratik institutlar zəif olduqda və nəzarət mexanizmləri yetərli olmadıqda bu tip qaydalar jurnalistləri, ictimai fəalları və tənqidçiləri susdurmaq alətinə çevrilə bilər. Bununla belə, o ümid etdiyini bildirib ki, yeni normalar ölkədə kontent istehsalı mədəniyyətini yüksəldəcək, keyfiyyətli və etik məzmunu stimullaşdıracaq və özünüsenzuraya səbəb olmayacaq.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sayt və sosial şəbəkədə cəmiyyətə açıq hörmətsizlik hərəkətləri qadağan edilib

Sayt və sosial şəbəkədə cəmiyyətə açıq hörmətsizlik hərəkətləri qadağan edilib

15-01-2026
Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

19-12-2025
Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

24-11-2025
Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026
Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Mətbuat Şurasında ictimai müzakirə keçirilib

Mətbuat Şurasında ictimai müzakirə keçirilib

11-06-2026
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
“Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində tədbir keçiriləcək.

“Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində tədbir keçiriləcək.

16-06-2014
Bloklanmış saytların qara siyahısı tezliklə hazırlanmalıdır-EKSPERT

Bloklanmış saytların qara siyahısı tezliklə hazırlanmalıdır-EKSPERT

13-07-2018
“Yeni mediada etik standartların təbliği” layihəsinin icrası çərçivəsində jurnalistlər üçün “dəyirmi masa” keçirilmişdir

“Yeni mediada etik standartların təbliği” layihəsinin icrası çərçivəsində jurnalistlər üçün “dəyirmi masa” keçirilmişdir

19-05-2014
 “Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017
Ekspert: Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürüb

Ekspert: Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürüb

23-05-2025
Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026
«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013
Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

10-06-2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

13-02-2026
““Diffamasiya haqqında” qanunun qəbul edilməsi əks effekt yarada bilər”

““Diffamasiya haqqında” qanunun qəbul edilməsi əks effekt yarada bilər”

31-05-2016
“Sosial mediada etika” konfransında deyilənlər

“Sosial mediada etika” konfransında deyilənlər

18-03-2014
Sosial mediada netiket qaydaları necə tənzimlənir ?

Sosial mediada netiket qaydaları necə tənzimlənir ?

16-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə