Previous Next
Bağla

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018 16:48
Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da keçirilən toplantıda bildirib ki, seçki zamanı təşviqat prosesinin tənzimlənməsində sosial şəbəkələr problemlər yaradır. O qeyd edib ki, sosial şəbəkələr MSK üçün pis vəziyyət yarada bilər, bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. 

M.Pənahov beynəlxalq təşkilatların nümayəndələri ilə məsləhətləşib sosial şəbəkələrin seçki prosesində fəaliyyəti ilə bağlı müvafiq addımlar atılacağını bildirib.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, eskpert Osman Gündüz Xeberler.az-a bildirib ki, sosial şəbəkələrin, İnternetin məhdudlaşdırılması seçki qanunvericiliyində nəzərdə tutulmayıb:

“İnternet media resurslarının bloklanması ötən il qəbul edilən “İnformasiya, informasiyalaşma və informasiyanın mühafizəsi ” haqqında qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub. Fikrimizicə, tam əksinə olmalıdır. Hazırda ölkədə təbliğat-təşviqatın daha effektiv qurulması üçün, ictimai müzakirələr üçün, geniş auditoriyaya əlçatımlıq üçün ən ucuz vasitə elə sosial mediadır. Bu baxımdan seçkilərin demokratik keçirilməsini təmin etmək üçün hökumət maraqlı olmalıdır ki, namizədlər sosial mediadan effektiv və qanunlara uyğun olaraq istifadə etsinlər”.

Onun sözlərinə görə, əgər kimsə sui istifadə , təhqir –böhtanlar edərsə, o, məsuliyyət daşıyacaq:

“Bu tip hüquq pozmaları ilə bağlı presedentlər də bizdə kifayət qədər olub. Buna görə Facebook və ya hansısa digər sosial media vasitəsini ölkə ərazisində tamam olaraq bağlamağa ehtiyac yoxdur”.

Espert vurğulayıb ki, indiyədək olan siyasi proseslər zamanı heç bir halda sosial media ölkə ərazisində qapadılmayıb:

“Yalnız ötən illərdə bəzi sosial media vasitələrində video bağlantılara məhdudiyyətlər qoyulub. Bir daha qeyd etmək istərdik ki,  ölkədə “KİV haqqında qanun”a görə İnternet, o cümlədən də sosial media kütləvi informasiya vasitəsi sayılır. Seçki qanunvericiliyi isə yalnız büdcədən maliyyələşən mediada namizədlərə bərabər imkanlar yaradılmasını nəzərdə tutur. Digər media, o cümlədən sosial media vasitələrindən istifadə olunmasında namizədlər sərbəstdir”.

Xeberler.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015

Namizədliyini irəli sürənlər sosial mediadan çağırışlara başlayıb

03-09-2015

Hadı Rəcəbli qalmaqallı çağırışını təkzib etdi - Təfərrüat

30-03-2018

“Facebook internetin gələcəyinə təhlükə yaradır”

01-12-2010

Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı artıb

01-10-2020

Məzahir Pənahov mətbuat və sosial şəbəkələrə çağırış edib

01-11-2015

"Twitter" Azərbaycanın sosial media məkanında liderlik edir

02-03-2021

Türkiyədə Twitter uğrunda "vuruşma"

09-02-2023

Facebook istifadəçiləri fəallığını itirir

04-08-2019

Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

28-03-2014

“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017

Yeni media anlayışı. Yeni media və multimedia

00-00-0000

Azərbaycanda "Facebook"un bazar payı artıb

03-07-2019

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018

16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16-12-2015

“Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq”

12-10-2015

Ekspert: Sosial şəbəkələrin forması dəyişəcək

19-09-2019

Prezident: "Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm"

21-07-2023

“Sosial servislərin tədris prosesində rolu” mövzusunda Dəyirmi Masa keçiriləcək

04-04-2012

Ekspert: Sosial mediaya məhdudiyyət qoyulması ilə bağlı rəsmi açıqlama olmayıb

14-09-2022

“Sosial şəbəkələrdə yayılan videoları araşdıra bilmədik”

18-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə