Previous Next
Bağla

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026 16:42
Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

Yanvarın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət-Prosessual Məcəlləyə nəzərdə tutulan dəyişikliklər müzakirə edilib. Dəyişikliklər elektron sübutların toplanmasının hüquqi çərçivəyə salınmasını hədəfləyir.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz paylaşım edib. 

Osman Gündüz qeyd edib ki, layihəyə əsasən, bəzi təxirəsalınmaz hallarda müstəntiq məhkəmə qərarı olmadan kompüter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları sistemlərinə baxış keçirə və məlumatları götürə biləcək. Bu səlahiyyət əsasən şəxsiyyətə və ya dövlət hakimiyyətinə qarşı ağır və xüsusilə ağır cinayətlər üzrə, sübutların dərhal gizlədilməsi və ya məhv edilməsi riski olduqda tətbiq olunacaq.

Ekspertin sözlərinə görə, bu dəyişiklik o deməkdir ki, əgər istintaq zamanı terror və ya dövlətə qarşı ağır cinayətlə bağlı sübutların konkret şəxsin telefonunda olduğu və həmin məlumatların dərhal silinəcəyi barədə əsaslı məlumat mövcuddursa, müstəntiq artıq hakim qərarını gözləmədən həmin cihaza baxış keçirə biləcək. Eyni zamanda, ağır cinayətlər üzrə təxirəsalınmaz risk yarandıqda provayderlərdə, mobil və telekommunikasiya operatorlarında saxlanılan istifadəçi məlumatlarının da məhkəmə qərarı olmadan müvəqqəti əldə edilməsi mümkün olacaq.

Qeyd olunur ki, dəyişikliklər cinayətlərin rəqəmsallaşması, elektron sübutların sürətlə məhv edilə bilməsi riski və BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının tələbləri ilə əsaslandırılır. Ekspertin fikrincə, klassik prosedurlar bəzən istintaq prosesini ləngidir və bu baxımdan yeni mexanizm kibercinayətlərə qarşı operativliyi artıra, elektron sübutların daha aydın hüquqi çərçivədə toplanmasına imkan verə bilər.

Bununla yanaşı, Osman Gündüz mümkün risklərə də diqqət çəkib. Onun sözlərinə görə, əsas risklər qanunun mətnindən daha çox tətbiq mərhələsində ortaya çıxa bilər. Əgər “təxirəsalınmaz hal” anlayışı geniş şərh olunarsa, istintaq predmeti ilə birbaşa əlaqəsi olmayan şəxsi yazışmalar, peşə sirri və biznes məlumatlarına da çıxış əldə edilə bilər. Bu isə düzgün nəzarət mexanizmləri olmadıqda əlavə məlumatların təsir və ya şantaj alətinə çevrilməsi riskini yaradır.

Ekspert vurğulayıb ki, cinayətə aidiyyəti olmayan şəxsi məlumatların, yazışmaların və biznes informasiyalarının necə qorunacağı, eləcə də jurnalistlərin məhkəmə qərarı olmadan mənbəni açıqlamamaq prinsipinin necə təmin ediləcəyi açıq suallar olaraq qalır.

Nəticə etibarilə, Osman Gündüz hesab edir ki, yeni dəyişikliklər rəqəmsal mühitdə cinayətkarlıqla mübarizə üçün zəruri olsa da, olduqca həssas və riskli mexanizmdir və ciddi nəzarət tələb edir. Onun fikrincə, bu sahədə şəffaflıq, audit mexanizmləri və cinayətə aidiyyəti olmayan məlumatların məhv edilməsi ilə bağlı aydın prosedurlar hazırlanmalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə edilir

29-01-2026

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə olunub

19-03-2026

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə olunması qəbul edilib

03-03-2026

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə edilməsi qəbul edilib

10-02-2026

MM BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək

28-01-2026

Şəxsi məlumatların ələ keçirilməsi şikayətinə 24 saat ərzində baxılacaq

13-05-2025

Prezident "Kibercinayətkarlığa qarşı" Konvensiyanı təsdiqləyib

23-02-2026

MM BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib

10-02-2026

Məhkəmə qərarı olmadan internet resursları bloklanmaya bilər

13-03-2019

Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir

29-01-2026

Ev dustaqlarına elektron qolbaq taxılacaq- Qanun

22-12-2017

Azərbaycanda 11 dövlət qurumu vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər

11-03-2021

Ali Məhkəmə: Şəxsin "WhatsApp" yazışmalarının izlənilməsi qadağandır

18-02-2026

Saytların bağlanması necə həyata keçiriləcək?

09-03-2017

Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

07-04-2025

İnternetdə təhqirə görə cəza…

06-06-2013

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026

Sosial mediada yeni qadağalar: etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk?

15-01-2026

Bloklanmış saytların qara siyahısı tezliklə hazırlanmalıdır-EKSPERT

13-07-2018

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025

Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

13-02-2026

DİN-ə kibercinayətlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verildi

14-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə