Previous Next
Bağla

Ekspert: Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürüb

23-05-2025 12:51
Ekspert: Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürüb
"Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bloger mütləq reklam paylaşımında açıq şəkildə "reklam" və ya "sponsorluq" sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında bilgilər verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s:
 
"Azərbaycanda əsasən Meta (İnstagram, Facebook və s) və Google (Youtube və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə TikTok –da bu bazardan xeyli pay qopardır.
 
Azərbaycanda bu sektorda, məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır.
 
Sosial mediada az sayda bloger var ki, bu fəaliyyətdən aylıq 50 min manatdann yuxarı dövriyyəsi ola bilər.
 
Ümumiyyətlə isə, qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlamaqla, bir kompaniya üçün ortalama 500-1500 manat olmaqla, hətta 10-15 min manat da alan blogerlər var.
 
Əksəriyyət isə elə də böyük pullar qazanmırlar".
 
Osman Gündüz bildirib ki, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb Bu rəqəm getdikcə artacaq:
 
"Bəzən bu sahədə çalışanlara qarşı mənfi münasibətin çox olması görünür. Bu fəaliyyətlə məşğul olanların hamısına mənfi münasibət bəsləmək, tənqid hədəfinə çevirmək doğru olmazdı.
 
İnfluenserlərin və bloqqerlərin paylaşımları cəmiyyətin informasiya qəbuluna, davranış modellərinə və ictimai rəyə birbaşa təsir edir. Onlar təkcə reklam deyil, həm də maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında mühüm rol oynayırlar".
 
Bu dəyişikliklər reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcək?
 
Ekspert düşünür ki, ümumiyyətlə bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi:
 
"Bu bazarda VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli blogerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı.
 
Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır.
 
Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək".
 
Ekspert bildirib ki, qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloger və influenserlər üçün çətinlik yarada bilər, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə bilər:
 
"Sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır.
 
Əgər yalnız yeknəsəng, yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə bu sektorun inkişafına da mənfi təsirlər olacaq.
 
Bu qanunun icrasında əsas məqam ictimai nəzarətlə, ictimai iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.
 
Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda son 7 ildə reklam bazarının həcmi dəyişməyib

04-11-2022

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

04-02-2025

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunur

12-03-2026

Dövlət Xidmətində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib

24-09-2024

Mobil telefonlarla reklam 10 dəfə artacaq

13-12-2010

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

04-02-2025

Sosial şəbəkədə qumar oyunlarını reklam edənlər saxlanılıb

07-11-2025

Azərbaycanda reklam televiziyası yaradılacaq

19-10-2021

“Reklama yalnız pul xərcləməklə effektli etmək olmur”-Müsahibə

13-03-2018

Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

18-03-2025

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019

Twitter dövlət KİV-nə reklam verməyi qadağan edir

20-08-2019

Facebook reklamdan nə qədər qazanır?

12-04-2011

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

18-03-2025

Reklam bazarında internetin payı sürətlə artır

12-01-2009

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019

Reklam haqqında Qanuna dəyişikliklər təklif edilib

04-11-2022

Reklam şirkətləri YouTube-dan niyə narazıdır?

09-09-2015

İnternet resurslarının reklam gəlirləri artıb

25-07-2019

2023-cü il üçün media bazarının həcmi və reklama investisiyalar

26-12-2023

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

04-11-2022

“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

14-11-2013

Reklama dair ümumi tələblər dəyişir

18-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə