Previous Next
Bağla

Osman Gündüz: Azərbaycanda innovasiya üçün şərait var, amma nəticələr çox zəifdir

02-10-2026 09:08
Osman Gündüz: Azərbaycanda innovasiya üçün şərait var, amma nəticələr çox zəifdir

Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz “Qlobal İnnovasiya İndeksi 2026” hesabatının Azərbaycan üzrə nəticələrini təhlil edib.

Xeberler.az məlumat verir ki, ekspert sosial şəbəkədə paylaşdığı qeydlərində Azərbaycanın hesabatda 9 pillə irəliləyərək 85-ci yerdə qərarlaşdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanın belə dinamika nümayiş etdirməsi ölkədə ötən dövrdə innovasiya sahəsində müəyyən işlərin görüldüyünü göstərir. Bununla belə, hesabatda ölkənin innovasiya imkanları ilə əldə etdiyi nəticələr arasında ciddi fərq müşahidə olunur.

Gündüz qeyd edib ki, Azərbaycan “İnnovasiya imkanları və şəraiti”ni ifadə edən Input göstəricisi üzrə 65-ci, “İnnovasiya nəticələri”ni ifadə edən Output göstəricisi üzrə isə 109-cu yerdədir.

Ekspertin fikrincə, bu iki göstərici arasında 44 pilləlik fərq Azərbaycanın innovasiya üçün yaratdığı imkanların real nəticələrə kifayət qədər çevrilmədiyini göstərir.

“Daha doğrusu, anlaşıqlı desək, bir az da kobud ifadə etsək, bu nəticə onu göstərir ki, bizdə ötən dövrlərdə pul yatırılıb, resurslar yatırılıb, infrastruktur qurulub, təhsil və s. hər şey olub, amma nəticə hədsiz zəif olub”, – deyə o vurğulayıb.

Gündüz bildirib ki, ötən il Azərbaycanın Input və Output göstəriciləri arasındakı fərq 36 pillə olub. Bu baxımdan, ölkə ümumi sıralamada irəliləsə də, yatırılan resurslara nisbətdə əldə olunan nəticələr üzrə mövqeyinin zəiflədiyini qeyd edib.

Ekspertin sözlərinə görə, Input göstəricisi innovasiya üçün zəmin yaradan institutlar, insan kapitalı və tədqiqat, infrastruktur, bazarın və biznesin inkişaf səviyyəsi kimi istiqamətləri əhatə edir.

O, xüsusilə institutlar, yəni hüquqi və biznes mühiti üzrə Azərbaycanın 36-cı yerdə qərarlaşmasını yüksək göstərici kimi qiymətləndirib.

Output göstəricisi isə yaradıcı məhsullar, elmi və texnoloji nəticələr, texnologiya ixracı, brendlər və digər innovasiya nəticələrini ölçür.

“Görünən odur ki, bizdə innovasiya üçün mövcud şərait və imkanlar nəticələrə, texnoloji məhsullara, ixraca və yaradıcı nəticələrə yetərincə çevrilmir”, – Osman Gündüz bildirib.

Onun fikrincə, bu vəziyyət həm resurslardan istifadənin səmərəliliyi, həm də mövcud imkanların real innovasiya nəticələrinə çevrilməsi ilə bağlı ciddi suallar yaradır.

Ekspertin diqqət çəkdiyi digər məqam isə Azərbaycanın Input və Output göstəriciləri arasındakı 44 pilləlik fərqin dünyada ən böyük fərqlərdən biri olmasıdır.

Regional göstəricilərə də toxunan Gündüz qeyd edib ki, Gürcüstanda bu fərq 16, Özbəkistanda 10, Qazaxıstanda 0, Ermənistanda isə 25 pillə təşkil edir.

Osman Gündüz bildirib ki, hökumətin və qərar qəbul edən şəxslərin hesabatdakı bu göstəriciləri ciddi şəkildə araşdırması və innovasiya imkanlarının real nəticələrə çevrilməsi istiqamətində tədbirlər görməsi vacibdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

28-09-2024
“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025
Qlobal İnnovasiya İndeksi – 2026 dərc edilib

Qlobal İnnovasiya İndeksi – 2026 dərc edilib

30-09-2026
Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022
Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə  yaxşılaşdırıb”

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021
Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

17-09-2025
“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

“Azərbaycanın innovasiya ixracı hələ dünya səviyyəsinə çatmayıb” - Ekspert

23-09-2025
Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025
“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

23-02-2021
Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

Ekspert: Qlobal İnnovasiya İndeksində investisiya üzrə 14 pillə geriləmişik

22-09-2025
Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024
İnternet istifadəçiləri göstəricisində Azərbaycanın yeri məlum olub

İnternet istifadəçiləri göstəricisində Azərbaycanın yeri məlum olub

19-11-2018
"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi artıb

"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi artıb

22-01-2026
İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz MDB-də liderdir

İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz MDB-də liderdir

19-10-2018
Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

27-11-2023
Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

Ekspert: İşçi Qrupunun iclasında cari ilin Hesabatı haqqında heç nə açıqlanmayıb

05-02-2025
Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

Beynəlxalq internet reytinqi reallığı nə dərəcədə əks etdirir? – Ekspert

08-01-2026
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
Osman Gündüz: Bəzən söz sahiblərinin çıxışlarını anlamaq çətin olur

Osman Gündüz: Bəzən söz sahiblərinin çıxışlarını anlamaq çətin olur

30-10-2024
Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024
Osman Gündüz: SABAH.city innovasiya şəhərciyi layihəsi nə zaman reallaşacaq?

Osman Gündüz: SABAH.city innovasiya şəhərciyi layihəsi nə zaman reallaşacaq?

10-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə