Previous Next
Bağla

“İşsizin dostu” proqramında ictimai işlə təmin olunan işçilərin siyahısı açıqlanıb

04-10-2019 10:21
“İşsizin dostu” proqramında ictimai işlə təmin olunan işçilərin siyahısı açıqlanıb

Xeberler.az bildirir ki, “İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work) yerləşdirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən proqram və cəlb edilən əməkdaşlarla bağlı bütün məlumatlara çıxış imkanları genişləndirilib.

Artıq hər kəs sayta daxil olaraq proqram çərçivəsində ictimai işlərlə təmin olunan şəxslərin adlı siyahısı ilə tanış ola bilər. Bu addım proqramın icrası zamanı ictimai açıqlıq prinsipinin təmin olunması üçün atılıb.

Məlumat üçün bildirək ki, “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s. daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İşsizin dostu proqramına kimlər cəlb olunub?

14-10-2019

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

26-03-2025

Ödənişli ictimai işlər proqramının icra prosedurları elektronlaşdırılır

07-04-2022

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019

Sosial sahə üzrə rəqəmsal savadlılıq kampaniyasına başlanılır

03-04-2023

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

27-04-2020

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

11-12-2018

“Məşğulluq” altsistemi vətəndaşlara məşğulluq xidmətlərinə elektron qaydada müraciət imkanı yaradacaq

04-07-2019

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

21-12-2021

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020

DOST rəsmi internet saytını təqdim edib

21-05-2020

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

104 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

15-12-2022

DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu 8 beynəlxalq mükafatla təltif edilib

13-05-2022

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

e-sosial.az portalında aktiv istifadəçilərin sayı artmaqda davam edir

14-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə