Previous Next
Bağla

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019 16:21
Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

Xeberler.az bildirir ki, Bakıda keçirilən, İT məhsul və xidmətlərin nümayiş olunduğu “Bakutel” sərgisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi də iştirak edir.

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə reallaşan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsi ölkəmizin innovativ layihələrindən biri kimi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.

3-6 dekabr tarixlərini əhatə edən sərgidə Mərkəz vətəndaşlara qeydiyyat prinsipi olmadan xidmətlər təqdim edir.

Cari ilin may ayında açılışı olan DOST Mərkəzi ötən dövrdə 55 min vətəndaşa xidmət göstərib, vətəndaş məmnunluğu səviyyəsi isə 95%-dən çoxdur. 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin yaradılması planlaşdırılır.

“Bakutel” sərgisində DOST Mərkəzi ilə bərabər, sosial sahədə xidmətlərin proaktivliyini təmin edən “E-sosial” internet portalı, “Məşğulluq” altsistemi, “e pensiya”, “e-müavinət” sistemləri və s. kimi mühüm nailiyyətlər də təqdim edilir. İştirakçılar sərgi zamanı “E-sosial” internet portalından, “Məşğulluq” altsistemindən və digər nailiyyətlərdən yararlana bilirlər.

DOST Agentliyinin sərgidə nümayiş olunan stendinin daha bir üstünlüyü iştirakçıların sosial hüquqları barədə arayışları elektron şəkildə əldə edə bilməsidir. Bu məqsədlə “e-Arayış” adı altında elektron köşk quraşdırılıb.

Bununla yanaşı, innovativ yeniliklərə aid video-roliklər, iştirakçılara əmək, məşğulluq, özünüməşğulluq proqramı, sosial təminat, əlillik, reabilitasiya, övladlığagötürmə və s. üzrə xidmətlərə dair bukletlər də təqdim edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Agentliyi Ən yaxşı debüt sertifikatına layiq görülüb

07-12-2019

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib

17-09-2024

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

DOST rəsmi internet saytını təqdim edib

21-05-2020

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14-01-2025

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə