İlon Maskın “SpaceX” kosmik şirkəti bu il təqribən 15,5 milyard dollar gəlir əldə edəcək. Milyarder bildirib ki, raket istehsalçısının kosmos sektorunda üstünlüyü getdikcə artır.
Xeberler.az “Reuters”ə istinadən məlumat verir ki, Maskın “X” sosial platformasında paylaşımında şirkətin təkcə kosmosdan əldə etdiyi kommersiya gəlirinin NASA-nın gələn il təxminən 1,1 milyard dollarlıq büdcəsini keçəcəyini bildirilir.
NASA kosmosun dərin tədqiqini və tədqiqat missiyalarını maliyyələşdirməyə davam etsə də, “SpaceX” gəlir əldə etmək üçün sərfəli buraxılış xidmətləri və peyk rabitəsinə artan tələbata arxalanır. Şirkət 122 metr hündürlüyündə “Starship” raket sistemi hazırlayır və dünyanın ən varlı adamının dediyinə görə, bu sistem insanların Marsa göndərilməsində mühüm rol oynayacaq.
Şirkətin təkrar istifadə oluna bilən “Falcon 9” və “Falcon Heavy” raketləri buraxılış xərclərini əhəmiyyətli dərəcədə azaldıb və “SpaceX”ə qlobal buraxılış bazarının əhəmiyyətli hissəsini təmin etməyə imkan verib.
2024-cü ildə şirkət 134 “Falcon” buraxılışı ilə rekorda nail olub və bu, onu qlobal miqyasda ən aktiv buraxılış operatoruna çevirib.
“SpaceX” peyklərin yerləşdirilməsi üçün artan tələbatı ödəməyə çalışarkən, ötən həftə şirkətin bildirdiyi kimi, ilin sonuna qədər 170 buraxılışla bu rekordu təzələməyi hədəfləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları