“SpaceX”in pilotlu kosmik missiyası təxirə salınıb

27-08-2024 / 10:52

“SpaceX” kompaniyasının dördnəfərlik “Polaris Dawn” missiyasının kosmosa uçuşu ABŞ-ın Kennedi Kosmik Mərkəzində yerüstü avadanlıqda helium sızması səbəbindən ən azı bir gün gecikəcək. 

Xeberler.az “Reuters” agentliyinə istinadən məlumat verir ki, bu barədə “Crew Dragon” kapsulunun planlaşdırılan uçuşundan bir neçə saat əvvəl bildirilib.

Beşgünlük missiyanın ən maraqlı məqamı uçuşdan iki gün sonra, ekipaj yerdən 700 kilometr uzaqlıqda 20 dəqiqəlik açıq kosmosa çıxdıqdan sonra olacaq. Tarixdə ilk dəfə belə şəxsi kosmos gəzintisi baş verəcək.

Şirkət indi “Falcon 9” gücləndiricisi tərəfindən daşınan kosmik gəmini avqustun 28-də yerli vaxtla saat 03:38-də kosmosa çıxarmağı hədəfləyir. “Mütəxəssislər yerdən helium sızmasını daha yaxından araşdırırlar və ekipaj Yerin aşağı orbitinə çoxgünlük missiyasına hazırlaşmağa davam edir”, -deyə “SpaceX” bildirib.

Bu günə qədər astronavtlar yalnız rəsmi uçuşlar çərçivəsində kosmosda gəzintilər həyata keçiriblər, ən son olaraq Beynəlxalq Kosmik Stansiyanın sakinləri orbital evlərinə texniki qulluq və digər yoxlamalar aparmaq üçün mütəmadi olaraq skafandr geyiniblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə