Previous Next
Bağla

Çinin kosmosa uçacaq növbəti astronavtları müəyyənləşib

29-10-2024 08:32
Çinin kosmosa uçacaq növbəti astronavtları müəyyənləşib

Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün kosmosa uçacaq növbəti astronavtlar qrupu - “Şencou-19” (Shenzhou-19) missiyasının üzvləri məlum olub.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, “Şencou-19” missiyası astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocıdan ibarət olacaq. Oktyabrın 29-da astronavtlar ictimaiyyətə təqdim olunub. Çay Sucı bundan əvvəl “Şencou-14” missiyasının tərkibində kosmosda olub. Çinin 3-cü nəsil astronavtlarından olan keçmiş hərbi pilot Son Lindon və mühəndis Van Haocı isə ilk dəfə kosmosa uçacaq. Van Haocı Çinin kosmosa uçan 3-cü qadın astronavtı və yeganə mühəndis-astronavtı olacaq.

“Şencou-19” missiyasına oktyabrın 30-da Pekin vaxtı ilə səhər saat 4:27-də start veriləcək. Onlar kosmik stansiyada təxminən 6 ay fəaliyyət göstərən “Şencou-18”in astronavtlarını əvəzləyəcəklər. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyası olacaq. “Şencou-19”un astronavtları da kosmik stansiyada təxminən 6 ay qalacaqlar.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında orbitə çıxarılaraq quraşdırılıb. Ümumi kütləsi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istismar olunması nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çin növbəti kosmik missiyasını orbitə göndərir

24-04-2025

“Şencou-19” kosmik missiyası uğurla orbitə çıxarılıb

30-10-2024

Çinin “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar

04-11-2024

“SpaceX”in pilotlu kosmik missiyası təxirə salınıb

27-08-2024

NASA astronavtları Ayın görünməyən tərəfindən keçəcəklər

06-04-2026

“SpaceX” açıq kosmosa tarixi turist səyahəti təşkil edib

11-09-2024

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

13-02-2026

Amerikanın kosmik gəmisi BKS-də 2,3 ton yük çatdıracaq

17-05-2026

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub

07-04-2026

Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmosa çıxıblar

13-09-2024

Dörd astronavt Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdıb

11-08-2025

NASA-nın kosmosdan qayıdan astronavtı xəstəxanaya yerləşdirilib

26-10-2024

“Boeing”in kosmik missiyası uğursuzluqla üzləşib

31-08-2024

Kosmik dicey Beynəlxalq Kosmik Stansiyada konsert verib

17-08-2019

NASA Yerin "Orion"dan çəkilmiş ilk şəkillərini yayımlayıb

04-04-2026

Milyarder sahibkar və “SpaceX”in iki əməkdaşı Kennedi Kosmik Mərkəzindən kosmosa çıxacaq

10-09-2024

Çin 2027-ci ildə ilk turistləri kosmosa çıxaracaq

25-10-2024

“SpaceX”in ilk insanlı kosmik uçuşu həyata keçirilir

01-04-2025

ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

18-12-2024

Marsa uçuş üçün 1 milyard dollar dəyərində saziş imzalanıb

24-11-2015

Çin orbitə kosmik gəmi çıxaracaq

23-04-2025

ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

20-05-2015

Kosmosda növbəti selfie

19-08-2015

Azərbaycanəsilli astronavt: "Süni intellektdən istifadə kosmik tədqiqatları asanlaşdıracaq"

06-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə