Previous Next
Bağla

İlon Maskın pilotlu raketi kosmosa yola salınıb

31-05-2020 21:27
İlon Maskın pilotlu raketi kosmosa yola salınıb

Mayın 30-da ABŞ-ın Kannaveral burnundakı kosmodromundan tarixdə ilk dəfə olaraq özəl şirkətin pilotlu raketi kosmosa yola salınıb.

Xeberler.az bildirir ki, məşhur milyardçı və ixtiraçı İlon Maskın «Crew Dragon» raketi 9 ildən sonra ABŞ kosmonavtlarını kosmosa çıxaran ilk yerli raket olub. Raketin pilotları Daq Xerli və Bob Benken –NASA-nın təcrübəli astronavtlarıdır, onlar artıq iki dəfə kosmosda olublar. İndi də yeni raket onları Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq.

«Crew Dragon»un uçuşunu kosmodrom ətrafında 150 min nəfər, sosial şəbəkə və TV-lərdən isə dünyanın hər yerindən milyonlarla insan izləyib.

Uçuşu müşahidə etməyə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Maykl Pens də gəlib.

Raketin uçuşu artıq bir dəfə mayın 27-də havanın əlverişsiz olmasına görə təxirə salınmışdı. Məsələ bundadır ki, ABŞ-da belə uçuşlara görə hava ilə bağlı ciddi tələblər var. Belə ki,

- kosmodromda havanın temperaturu starta 24 saat qalmışa qədər 5 dərəcədən aşağı düşməməlidir.

- raketlərə yanacaq vurulandan 30 dəqiqə sonra isə temperatur 37 dərəcəni keçməməlidir.

- yanacaq vurulmasına başlanandan 3 saat ərzində küləyin sürəti saatda 77 kilometri, yəni saniyədə 21-22 metri keçməməlidir.

- start meydançasında və uçuş trayektoriyasında qar, yağış, ildırım və şimşək olmamalıdır.

Yeri gəlmişkən, bu uçuş zamanı rus ekspertlər bu detala diqqəti çəkərək rus raketlərinin hava şəraitinə daha dözümlü olduğunu xüsusi qeyd ediblər. «Roskosmos»un rəhbəri Dmitri Roqozin bildirib ki, ötən il oxşar raket hətta ildırım vurandan sonra da uçuşunu davam etdirib.

Amma bu məqam, «Crew Dragon»un  - İlon Maskın «Əjdaha»sının əhəmiyyətini azaltmır. Əksinə, budəfəki uçuş bəzi məqamlara görə tarixi sayılır.

Əvvəla, son 9 ildə ilk dəfə olaraq ABŞ kosmonavtları Amerika torpağından və ABŞ raketi ilə uçurlar, ilk dəfədir ki, özəl raket kosmosa insan daşıyacaq. Nəhayət ilk dəfədir ki, insanlar kosmosa, bir hissəsi geri qayıdan raketlə uçurdular. Artıq bu raketin də birinci pilləsi sağ-salamat yerə qayıdıb. Yəni ondan yenə istifadə etmək olar və bu məqam uçuşun xərclərini və maya dəyərini aşağı salır.

ABŞ-ın bu uçuşdan qazandığı təkcə öz raketi ilə uçması deyil, İlon Maskın layihəsi ABŞ-ın kosmos xərclərini, daha dəqiqi, bu sahədə xidmətlərə görə, ABŞ-ın Rusiyaya ödənişlərini azaldacaq. Belə ki, indiyədək amerikalılar kosmosa Rusiya təyyarələri ilə uçurdular – qiymətlər ucuz deyildi – sonuncu uçuşlarda 1 kreslo 86 milyon dollar idi. Ümumilikdə 90-cı illərin ortalarından ABŞ öz kosmonavtlarının uçuşuna görə Rusiyaya 4 milyard dollar ödəyib. Artıq ekspertlər bildirir ki, yeni raketin işə düşməsi Rusiya tərəfini bu gəlirlərdən məhrum edəcək və «Roskosmos»un gəlirlərinə mənfi təsir edəcək.

Rusiya asılılığından azad olmaq üçün NASA rəhbərliyi 2014-cı ildə bu işi ABŞ-ın özəl şirkətlərinə – İlon Maskın «SpaceX» şirkəti və «Boeing»ə tapşırıb. Bu şirkətlərə 2,6 mlrd və 4,2 mlrd vəsait ayrılıb. «SpaceX»ə ona görə az pul ayrılıb ki, onların artıq yük raketi var idi. «Boeing» isə raketi sıfırdan yaratmalı idi. Amma sınaqlar zamanı «Crew Dragon» layihəsi daha uğurlu oldu, onun bütün sınaq uçuşları uğurlu keçdi. «Boeing»in «Starliner» raketi isə 2019-cu ilin dekabrında sınaq uçuşunda uğursuz oldu və pilotsuz raket  Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməmişdi.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən bahalı brendləri məlum oldu

Dünyanın ən bahalı brendləri məlum oldu

01-07-2020
Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020
Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023
Nazirlikdən  İnformatika  fənni ilə bağlı açıqlama

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017
«Twitter»dən istifadə pullu olacaq

«Twitter»dən istifadə pullu olacaq

27-07-2020
Yeni nəsil Wi-Fi 6 simsiz rabitə təqdim edilib

Yeni nəsil Wi-Fi 6 simsiz rabitə təqdim edilib

05-10-2018
Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010
«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

19-07-2022
İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018
Twitter investoru Elon Muskı məhkəməyə verib

Twitter investoru Elon Muskı məhkəməyə verib

12-10-2022
Facebook-un ilk internet peykini daşıyacaq platformada partlayış olub

Facebook-un ilk internet peykini daşıyacaq platformada partlayış olub

02-09-2016
Məşhurlar öz klonlarından pul qazana biləcək

Məşhurlar öz klonlarından pul qazana biləcək

17-07-2019
“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

13-02-2026
«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022
«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

30-06-2022
Süni intellekt qrammatik səhvləri düzəldəcək

Süni intellekt qrammatik səhvləri düzəldəcək

22-08-2019
Azərbaycanlıların hazırladığı tətbiq «Zoom», «Tik-Tok», «Facebook» və «Youtube»u - GERİDƏ QOYDU

Azərbaycanlıların hazırladığı tətbiq «Zoom», «Tik-Tok», «Facebook» və «Youtube»u - GERİDƏ QOYDU

07-12-2020
Yerli startap "500 Global"dan 100 min dollar investisiya aldı

Yerli startap "500 Global"dan 100 min dollar investisiya aldı

16-02-2023
«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

30-12-2010
NASA astronavtları geri qaytarmaq üçün BKS-ə göndərəcəyi kapsulu dəyişdirib

NASA astronavtları geri qaytarmaq üçün BKS-ə göndərəcəyi kapsulu dəyişdirib

12-02-2025
Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

30-08-2022
Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

28-04-2023
Azərbaycan elektrik maşınları üçün enerji stansiyalarının istehsalına başlayıb

Azərbaycan elektrik maşınları üçün enerji stansiyalarının istehsalına başlayıb

13-03-2023
Milyarder sahibkar və “SpaceX”in iki əməkdaşı Kennedi Kosmik Mərkəzindən kosmosa çıxacaq

Milyarder sahibkar və “SpaceX”in iki əməkdaşı Kennedi Kosmik Mərkəzindən kosmosa çıxacaq

10-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə