Spam gəlir mənbəyi kimi

12-11-2008 / 11:03
ABŞ-ın üç fərqli universitetindən olan 7 nəfərlik ekspert qrupu çox maraqlı bir araşdırmaya imza atıblar. Qrup üzvləri özlərini istənməyən e-poçta yollayıcıları kimi təqdim edərək spam göndərmək yoluyla nə qədər pul qazanıldığını ortaya çıxarmağa çalışıb. Xeyli çox kompüter istifadəçisinin başının bəlası olan istənməyən e-poçtlara bir qədər fərqli prizmadan yanaşan ekspertlər bəzi maraqlı məqamları ortaya çıxardıblar. Sən demə, spam həm də çox böyük gəlir mənbəyidir.
İstənməyən e-poçtları anlaya bilmək üçün onları göndərənlər kimi davranmaq lazım idi - şəklində başlayan hesabat, araşdırmaçıların dünya tərəfindən məşhur Storm spam şəbəkəsinə necə sızdıqlarını da izah edir. Storm, 1 milyondan çox fərdi kompüterə sızaraq, bu kompüterləri spam göndərən bir server olaraq istifadə edilməsiylə tanınır. Elm adamları da mövzunu yaxından araşdıra bilmək üçün Storm şəbəkəsinə sızdılar və Stormun istifadə etdiyi kompüterlərdən 75.869 ədədinin idarəsini əllərinə keçirdilər. 26 gün davam edən araşdırmada, bu kompüterləri istifadə edərək cəmi 350 milyondan çox saxta spam göndərdilər.
Nəticədə külli miqdarda gəlir əldə edən ekspert qrupu bu işin maddi tərəfdən çox böyük imkanlar açdığını müəyyənləşdirdilər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə