Previous Next
Bağla

İlk spam-ismarıc bu gün göndərilib

03-05-2017 13:10
İlk spam-ismarıc bu gün göndərilib

Bu gün tarix elektron poçt istifadəçilərinin baş ağrısına çevrilmiş spamın doğum günü hesab edilir.

Belə ki, 1978-ci il mayın 3-də ilk rəsmi qeydiyyatdan keçmiş arzuolunmaz reklam ismarıcı göndərilib.

Abunəçilərə onların icazəsi olmadan göndərilən reklam – spam təxminən 40 il əvvəl meydana gəlsə də, dünya yalnız İnternetin kütləvi yayılmağa başladığı 1990-cı illərdə bu “təbii fəlakətin” həqiqi miqyasını görüb.

Xeberler.az-ın məlumatına görə, ilk spam-ismarıc 400 istifadəçiyə 1978-ci il mayın 3-də elektron texnika istehsalı ilə məşğul olan DEC şirkəti tərəfindən göndərilib.

Hazırda fəaliyyət göstərməyən şirkətin məqsədi öz yeni mini-kompüterlərini bazarda tanıtmaq idi.

SPAM (SPiced hAM – ədviyyatlı donuz əti) ət konservlərinin markasının adını daşıyır. 1970-ci ildə Britaniya teleekranlarında müştərilərə səylə öz məhsulunu sırıyan, bütün yeməklərin Spam-dan hazırlandığı kafe haqqında komediya filmi çıxdı. Beləliklə, bu konservlər arzuolunmaz reklamın simvolu oldu. Bu adı “elektron tullantı”ya 1993-cü ildə Usenet-in sistem administratoru Coel Fer verib.

Ekspertlər bildirirlər ki, hazırda hər gün yüz milyarddan çox spam göndərilir ki, bunun da əksəriyyəti kompüter viruslarından ibarətdir. Statistik məlumatlara əsasən, İnternetdə göndərilən bütün elektron ismarıcların 85 faizi lazımsız informasiya, yəni spamdır. Belə məktubların böyük hissəsi virusların köməyilə ələ keçirilmiş kompüterlər vasitəsilə xüsusi qruplar tərəfindən göndərilir.

Spam ən müxtəlif cinayətkarlıq, fırıldaqçılıq əməliyyatlarının həyata keçirilməsində, həmçinin bank hesabları haqqında informasiyanın oğurlanmasında geniş istifadə olunur.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Spamlarla necə mübarizə aparmalı?

09-03-2017

İnternet dələduzları bu il 95 milyarddan çox spam yayıblar

10-12-2010

İyul ayında spam az olub

19-08-2008

Rusiya SPAM sahəsində lider oldu

05-02-2009

WhatsApp spamlarla mübarizəyə başlayır- Yeni xidmət

17-01-2018

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

01-10-2020

Yanvarda ümumi elektron məktublaşmanın 75%-i spamın payına düşüb

11-02-2009

Süni intellekt spam və fişinq məktubları blok edir

07-06-2017

İri spam qruplaşması aşkar olunub

16-10-2008

“Kasperskiy laboratoriyası” spamların artdığını bildirib

14-10-2008

Conficker kompüterlərə zərəz verməkdə davam edir

14-04-2009

Qlobal şəbəkədə 255 milyon sayt fəaliyyət göstərir

19-01-2011

Googledən fərqli bir hesablama maşını

29-11-2008

Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

23-08-2019

Spam gəlir mənbəyi kimi

12-11-2008

Spam həcmi kəskin şəkildə azalıb

11-01-2011

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

20-11-2015

Cinayətkarları cəzalandıran yeni sayt

19-02-2018

Azərbaycanda Spam Marketinqi

31-10-2011

SPAM nədir və ondan necə qurtulmaq olar? - ARAŞDIRMA

03-05-2011

Facebook-da spam mesajlardan necə qurtulmalı

29-06-2011

“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019

Spamlar ən çox hansı ölkədən göndərilir? –Siyahı

29-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə