Previous Next
Bağla

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yaradılıb

04-08-2008 06:07
Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yaradılıb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) baş direktoru Ramiz Həsənovun birgə əmri ilə, standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK) yaradılıb.

Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq və regional standartlara uyğun milli standartların yaradılması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) TK-nın baza təşkilatı kimi müəyyən olunub.

Texniki Komitənin sədri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, sədr müavinləri - MHM-in direktoru Nail Mərdanov və SMPDA-nın Standartlaşdırma şöbəsinin müdiri Məzahir Səmədzadə, məsul katib isə MHM-in İnsan resursları və hüquq şöbəsinin müdiri Xalid Mikayılov təyin olunublar.

Qeyd edək ki, hazırda TK-ya üzv olacaq təşkilatların və nümayəndələrin siyahısı formalaşdırılır.

TK-nın fəaliyyətinə metodiki köməklik və əlaqələndirmənin təmin edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma və elmi potensial şöbəsinə həvalə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

16-05-2009

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

29-12-2008

İnformasiya texnologiyaları sahəsində yeni Dövlət standartı təsdiq edilib

15-04-2009

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartları təsdiq olunub

19-05-2009

Azərbaycanın Rabitə Nazirliyi informasiya təhlükəsizliyi standartlarını qəbul edib

26-10-2010

Azərbaycanda İKT sahəsində milli standartların və təsnifatların işlənib hazırlanması həyata keçirilir

28-10-2009

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRKİBİNDƏ MƏLUMAT MƏRKƏZİ YARADILIR

10-02-2009

Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı

19-05-2021

İnformasiya texnologiyasında milli standartlar

25-06-2011

İKT sahəsi üzrə 10 yeni milli standart təsdiqlənəcək

17-10-2025

İnformasiya texnologiyaları üzrə Forum keçiriləcək

14-10-2014

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır

14-06-2013

Nazir yeni fonda direktor təyin etdi

22-04-2013

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı bir sıra məsələlərin tənzimlənməsinə dair əmr imzalanıb

19-03-2014

İKT sahəsi üzrə dövlət standartları təsdiq edilib

09-12-2025

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023

İKT xidmətləri üzrə milli təsnifatın layihəsi hazırlanıb

06-06-2010

“Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılacaq

08-07-2011

Nazir “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

29-04-2013

RİNN-də yaradılan Texniki Komitənin növbəti iclası keçirilib

03-10-2025

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010

Azərbaycanda beynəlxalq standart tətbiq olunacaq

29-06-2011

Süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib

28-12-2024

Nazirlik beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb

19-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə