Previous Next
Bağla

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025 11:24
“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

“Starlink” genişzolaqlı peyk internet xidməti Azərbaycanda istifadəyə verilib.

Xeberler.az məlumat verir ki, bu barədə “Starlink” şirkətinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, artıq Azərbaycanda “Starlink”in yüksəksürətli və aşağı gecikməli internet xidməti mövcuddur.

Qeyd edək ki, internet üçün standart “Starlink” modemi 670 AZN, mini modem 340 manat, qurğunun çatdırılması isə 50 AZN-dir. Paketin aylıq qiymətləri 80 və 100 manat təşkil edir. 50 GB-lıq internetin aylıq qiyməti 90 manat, limitsiz internetin qiyməti isə 170 manatdır.

Bildirək ki, sürət mini modemdə 50-100 Mbps, standart modemdə isə 100-250 Mbps-dir.

Bu xidmət mobil nömrə, optik xətt olmadan birbaşa peyk vasitəsilə internetə çıxışı təmin edir.

Qeyd edək ki, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə ABŞ şirkətinin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışını nəzərdə tuturdu.

Xatırladaq ki, “Starlink” amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.

“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29-03-2025

“Starlink” internet şəbəkəsində nasazlıq yaranıb

15-09-2025

“SpaceX”in peykləri Azərbaycanda internet təchizatı həyata keçirə biləcək

09-05-2023

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

Nazir Rəşad Nəbiyev “Starlink”in nümayəndəsi ilə görüşüb

21-08-2024

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

15-05-2023

“SpaceX”in “Starlink”i 4 milyon müştəriyə çatdı

27-09-2024

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparır

07-06-2023

“Starlink”də problem yaranıb

19-08-2025

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

18-05-2023

“SpaceX” 22 “Starlink” peykini orbitə çıxardı

16-09-2023

İlon Mask Ukraynanı “Starlink” peykindən ayırmayacaq

10-03-2025

“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb

11-05-2023

“SpaceX” iki gün ərzində 52 ədəd “Starlink” peykini orbitə çıxarıb

26-09-2025

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

05-06-2025

"SpaceX" orbitə 21 peyk göndərdi

04-09-2023

”SpaceX” İranda ”Starlink”i pulsuz edib

14-01-2026

"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb

03-12-2025

“SpaceX”ın 40 peyki sıradan çıxıb

10-02-2022

“SpaceX” orbitə daha 20 internet peyki çıxarıb

25-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə