Previous Next
Bağla

“Starship”in yeni sınaq uçuşunun tarixi məlum olub

10-01-2025 15:44
“Starship”in yeni sınaq uçuşunun tarixi məlum olub

İlon Maska məxsus “SpaceX” şirkəti növbəti sınaq uçuşunun tarixini açıqlayıb. Meqaraketin yenilənmiş versiyasının sınaq uçuşu yerli vaxtla yanvarın 14-də saat 2-də planlaşdırılır və bu, raketin 7-ci uçuşudur.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, uçuş zamanı ilk dəfə olaraq “Starship”dən faydalı yükün buraxılması planlaşdırılır. Belə ki, kosmik gəmi orbitə 10 eksperimental mini peyk çıxaracaq. Bu, sonradan “Starlink” peyklərinin daşınması üçündür. “Starlink” peykləri aşağı Yer orbitində yerləşdirilmiş, internet üçün istifadə olunan zəncirvari peyklər dəstidir və şirkət gələcəkdə onların sayını 40 minə çatdırmağı planlayır.

Təkrar istifadə üçün hazırlanmış bu konstruksiya iki hissədən ibarətdir – “Starship” kosmik gəmisi və “Super Heavy” daşıyıcısı. Ümumi hündürlüyü 123 metr olan konstruksiya “SpaceX”in inkişafı tarixində ən hündür raketdir, “Super Heavy” daşıyıcısı NASA-nın Ay missiyaları üçün hazırladığı SLS raketindən iki dəfə güclüdür.

“Starship” Yer ətrafında orbitini tamamladıqdan sonra və Avstraliyanın şimal-qərb sahillərində Hind okeanına düşəcək. “Super Heavy” daşıyıcısı isə uçuş meydançasına qayıtmalı və tutucu qollar vasitəsilə tutulmalıdır.

Raket daha əvvəl altı uçuş edib. Bu dəfə isə daşıyıcıda bir çox yeniliklər olunub və sistem optimallaşdırılıb. Dizayn təkmilləşdirmələri arasında ön sükan çarxlarının yeni tərtibatı da var ki, bu da onların qızmasını azaldır. Əvvəlki sınaqlar zamanı bu elementlər sona qədər öz funksiyalarını yerinə yetirmələrinə baxmayaraq, yenidən atmosferə daxil olduqda ciddi zədələnmişdi. Bundan əlavə, yeddinci uçuş üçün “Starship”in yanacaq tutumu 25 faiz artırılıb. Həmçinin avionika, kompüterlər, rabitə və enerji paylama sistemləri də tamamilə yenilənib. “Starship”in texnoloji imkanlarının hər dəfə yenilənməsi gələcəkdə Aya və Marsa missiyalara hazırlıqdır.

Uçuş Texas ştatının Boka-Çikada yerləşən Starbase platformasından həyata keçiriləcək. Şirkət uçuşu onlayn paylaşmağı planlaşdırır və canlı yayım uçuşdan təxminən 35 dəqiqə əvvəl başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Starship"in 11-ci sınaq uçuşu başa çatıb

14-10-2025

“Starship”in prototipini daşıyan raket altıncı sınaq uçuşunu həyata keçirib

20-11-2024

"SpaceX" 12-ci sınaq uçuşunda "Starship"i işə salıb

23-05-2026

“SpaceX” sınaq uçuşunda “Starship”lə əlaqəni itirib

07-03-2025

“SpaceX” “Super Heavy” raketinin nəzarətli qayıdışını gerçəkləşdirib

13-10-2024

"SpaceX" "Starship"in yeni sınaq uçuşunu planlaşdırır

30-09-2025

İlon Maskın “Starship”i sınaq uçuşları zamanı partlayıb

03-02-2021

“Starship”in ən böyük versiyasının buraxılış tarixi açıqlanıb

28-01-2026

“Starship” prototipi yeddinci sınaq buraxılışı zamanı qəzaya uğrayıb

17-01-2025

“SpaceX” sınaq uçuşunda “Starship” prototipi ilə raket buraxıb

27-08-2025

İlon Maskın “Starship”i üçüncü dəfə də partladı

04-03-2021

İlon Mask iki il ərzində Marsa beş pilotsuz missiya göndərəcək

23-09-2024

“SpaceX”in “Starlink” peyki səs sürətini 2 dəfə üstələyib

06-06-2023

Tramp “Starship”in sınaq buraxılışında iştirak edəcək

19-11-2024

"SpaceX" "Starship"in prototipinin 10-cu buraxılışını ləğv edib

26-08-2025

“SpaceX” “Starship” prototipinin buraxılışını təxirə salıb

25-08-2025

Dünyanın ən güclü raketi hazırlanıb

16-01-2018

“SpaceX”in kosmik gəmisi fəzada partlayıb

07-03-2025

İlon Mask: “Starship”in Marsa ilk pilotsuz uçuşları iki ildən sonra planlaşdırılır

08-09-2024

“Starship” “Optimus” ilə Marsa 2026-cı ildə göndəriləcək

15-03-2025

SpaceX NASA-ya Aya sadələşdirilmiş eniş proqramı təklif edib

31-10-2025

“SpaceX”in gəlirlərinin 15,5 milyard dollar olacağı proqnozlaşdırılır

04-06-2025

"SpaceX"in raketi "Starlink"in bir qrupu ilə orbitə çıxıb

05-12-2025

“SpaceX” orbitə daha 26 internet peyki çıxarıb

13-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə