Məlumat verdiyimiz kimi, Bakıda startaplar üçün "IE Venture Day" beynəlxalq konfransı keçiriləcək.
Xeberler.az-ın məlumatına görə, dünyanın ən nüfuzlu vençur kapitalistləri və mələk investorları Azərbaycanın və regionun ən güclü startapları ilə görüşmək üçün Bakıya gələcək.
"IE Venture Day" dekabrın 3-də Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Yüksək Texnologiyalar Parkı (YTP) və "IE Business School" tərəfindən Bakıda ilk dəfə təşkil olunacaq.
YTP-dan verilən məlumata görə, artıq Wayra UK, Microsoft, Facebook, CCC Startups və bir çox digər aparıcı şirkətlər tədbirdə iştiraklarını təsdiqləyiblər.
"IE Venture Day" startaplar üçün xarici və yerli investisiyaların cəlb edilməsi, təcrübəli mentorlarla görüş və digər innovativ sahibkarlarla əlaqələrin yaradılması üçün unikal bir platforma rolunu oynayır. Dünyanın 35 şəhərində keçirilən "IE Venture Days" - Vençur günlərində 2013-cü ildən bu günə kimi 20 milyon avrodan çox investisiya cəlb edilib.
Bu tədbirin əsas hissəsini 10 startapın ən nüfuzlu vençur kapitalistlər qarşısında öz biznes ideyalarını təqdim edəcəyi "Pitch-off" formatında keçiriləcək müsabiqə təşkil edəcək.
Startaplar müsabiqədə iştirak etmək üçün noyabrın 10-a qədər bu link vasitəsi ilə qeydiyyatdan keçə bilər.
Qalibləri 3 əsas mükafat gözləyir. Belə ki, 1-ci yer üçün "IE Venture Day" Madrid tədbirində 10 finalçıdan biri kimi çıxış etmək şansı (bütün xərclər qarşılanır) yaradılır.
Madriddə keçirilən tədbir Beynəlxalq Vençur Günlərinin kulminasiya məqamı sayılır və bu müsabiqənin qalibləri 6 rəqəmli məbləğlər cəlb edərək öz bizneslərinin sürətli artımına nail olurlar.
2-ci yer isə "Executive Education" proqramının istənilən kursu üzrə "IE Business School"-da 100 faizli təqaüd imkanı qazanacaq.
3-cü yer: Partnyorlar tərəfindən pulsuz təqdim edilən ofis ilə birgə 3 aylıq inkubasiya müddəti, o cümlədən "IE Venture Lab" tərəfindən mentorluq. "Venture Lab" – hər il 50-dən çox innovativ yüksək potensiallı startapların yaradıldığı "IE Business School"-un startap-akseleratorudur.
Qeyd edək ki, "Venture Day Baku" haqda əlavə məlumatı tədbirin rəsmi Facebook səhifəsindən , həmçinin YTP-nin səhifəsindən əldə etmək olar.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri