Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Budapeştdə keçirilən "ITU Telecom World 2015” sərgi- konfransında iştirak edən yerli startap komandalarımızın üzvləri Rəşid Əliyev, Arif Mövsümzadə, Fidan Rüstəmova və Cavid Quliyev ilə fərdi görüşüb.
Xeberler.az-ın məlumatına görə, Əli Abbasov startap layihələrinin nümayəndələri ilə maliyyə və hüquqi dəstəklə, patent məsələləri ilə bağlı söhbət edib.
Layihə rəhbərləri fəaliyyətləri barədə nazirə məlumat verib. Onlar həmçinin layihələri ilə bağlı qarşılaşdıqları problemlərdən də danışıblar.
“Startap Azərbaycan” layihəsinin kordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yerli startapların, xüsusilə də artıq müəyyən inkişaf səviyyəsinə gəlib çatan, müəyyən uğurları olan yerli startaplara dövlət dəstəyinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda sərgidə Azərbaycandan BethClip və Braille Pad , Spinal, WeTravel layihəsinin nümayəndləri təmsil olunur.
Nazir startapçılara bildirib ki, onların layihələrinə, həmçinin də müəyyən uğurlar qazanan layihələrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi artırılacaq.
Nazir qeyd edib ki, böyük investisiyaya iddialı olan layihələr Fondun Müşahidə Şurasında öz layihələrinin təqdimatını keçirə biləcəklər.
Əli Abbasov həmçinin özəl sərmayələri də İKT sahəsinə cəlb etmək, yerli investorların maraqlarını artırmaq üçün İnvestorlar Klubu yaradılacağını bildirib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri