Məlumat verdiyimiz kimi, Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə "ITU Telecom World 2015” sərgisi davam edir.
Oktyabrın 15-dək davam edəcək tədbir əsas direktiv və tənzimləyici orqanların nümayəndələrini, sahə mütəxəssislərini, sərmayədarları, sahibkarları və novatorları bir araya gətirib.
Xeberler.az-ın məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Budapeştdə keçirilən beynəlxalq İKT sərgi-konfransı çərçivəsində ölkələrin rabitə nazirləri, rəsmiləri ilə bir sıra görüşlər keçirib.
Nazir Əli Abbasov Rusiyanın İKT naziri Nikolay Nikiforov, Pakistanın İKT naziri xanım Anuşa Rəhman, İranın İKT naziri cənab Mahmoud Vaezi ilə görüşüb.
Ötən gün nazir həmçinin Əfqanıstanın İKT naziri Abdul Razaq Vahidi və Serbiyanın dövlət katibi xanım Tatyana Matiç ilə də görüşüb.
Görüşlərdə Azərbaycanla bu dövlətlər arasında İKT sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri