Previous Next
Bağla
REKLAM YERİ

Nazirlə görüşdə startaplarla bağlı hansı təkliflər irəli sürülüb?

06-07-2015 14:37
Nazirlə görüşdə startaplarla bağlı hansı təkliflər irəli sürülüb?

Xəbər verdiyimiz kimi iyulun 3-də Startap Azərbaycan komandası Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla  görüşüb.

Görüşdə  ölkənin startap ekosisteminin  inkişafı ilə bağlı   Startap Azərbaycan tərəfindən , həmçinin də bir sıra  tədbir iştirakçıları tərəfindən  təkliflər  təqdim  edilib.

Məlumat verdiyimiz kimi Startap Azərbaycan tərəfindən hazırlanan Təkliflər paketi bir müddət öncə İT-nin İnkişafına Dəstək Dövlət Fondunda da aparılan müzakirələrin yekunu olaraq hazırlanmışdı.

Xeberler.az  nazirlə görüşdə səsləndirilən və  startap mühitinin inkişafına yönələn təkliflərin  bir qismini  təqdim edir:

-İT İnvestorlar Klubunun yaradılması

-İnvestisiya Forumunun keçirilməsi

-Uşaq Texnoparkının yaradılması

- “ASAN startap” sisteminin formalaşdırılması ( startaplar üçün konsaltinq xidmətlərinin, kargüzarlığn, qeydiyyatın, hüquqi məsələlərin həllində mekoriki – təşkilati – inzibati köməklik )

-Silikon Vadisində Dövlət Fondunun  nümayəndəliyinin açılması

-Təhsil və səfər təqaüdlərinin verilməsi

-Startap sahəsində Milli brendin yaradılması

-Prototiplərin hazırlanması üçün texniki dəstəyin verilməsi, “Hardware ” üçün laboratoriyalar yaratmaq

- Qrantların məbləği  haqqında qabaqcadan elan vermək

- Orta və iri həcmli qrantlar üçün Müşahidə Şurasında təqdimatların keçirilmək, layihələrin ekspetizasını  təkmilləşdirmək

-  İT Biznesin inkişafı üçün maliyyə dəstəyinin gücləndirilməsi

-Dövlət Fondunda  prioritet istiqamətlər üzrə Qrant müsabiqələrinin təşkil edilməsi

-Startaplara dəstək üçün beynəlxalq ekspertlərin ölkəyə dəvət və viza məsələlərinin həll edilməsi

- Yerli startapların beynəlxaq  bazara çıxışına dəstək vermək

- Startaplar və elektron ticarətə vergi və digər güzəştlərin tətbiq edilməsi

-Fərdi  investorların  investisiya yatırımları prosesinin tənzimlənməsi

-Beynəlxalq təcrübədən istifadə etməklə yerli hüquqi bazanın təkmilləşdirilməsi

- Kadr hazırlığına dəstək vermək

-Vençur şirkətlərin formalaşması və inkişafının stimullaşdırılması

- PayPal ödəniş sisteminin Azərbaycanda fəaliyyətini genişləndirmək üçün mühit yaratmaq

Qeyd edək ki, səsləndirilən təkliflərə diqqətlə və həssaslıqla yanaşan  nazir  Əli Abbasov bildirib ki,  bu təkliflərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yenidən dəyərləndirmə aparılacaq, ümumiləşdiriləcək və təkliflərin realaşdırılması üçün konkret tədbirlər  görüləcək. Nəticəsi haqqında isə  İKT ictimaiyyətinə əlavə məlumat veriləcək.

Nazir onu da vurğulayıb ki,  RYTN-nin  tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən startaplara diqqət daha da artırılacaq.

 

 Ruhəngiz Muradova 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan komandası Əli Abbasovla görüşəcək

01-07-2015

Startap Azərbaycan komandası nazir Əli Abbasovla görüşəcək

20-06-2015

Startap mühitinin inkişafı üçün təkliflər hazırlanır

03-06-2015

İnnovasiyalı biznesin inkişafı məqsədilə Təkliflər hazırlanıb

16-07-2014

Startaplara ayrılan qrantların məbləği artacaq

03-07-2015

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015

Nazirin və maraqlı tərəflərin iştirakı ilə startap mühitinin inkişafı müzakirə olundu

03-07-2015

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Startapların inkişafı ilə bağlı hökumətə təqdim ediləcək təkliflər paketi yekunlaşır

07-08-2015

Startap Azərbaycan komandasının Fond rəhbərliyi ilə görüşünün vaxtı açıqlandı

02-06-2015

“Startaplara dövlət dəstəyi güclənəcək”

14-10-2015

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startaplara ayrılan qrantın məbləği artacaq

17-08-2015

Startap Azərbaycan komandası Dövlət Fondunun rəhbərliyi ilə görüşəcək

29-05-2015

Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016

Nazirlik startap ekosisteminin inkişafı ilə bağlı təkliflər paketi hazırlayır

13-07-2015

Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

03-04-2015

Startap Azərbaycan sabah Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

06-04-2015

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə