Previous Next
Bağla

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

26-05-2014 11:00
Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı
Startup Azərbaycan  Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda  Startup Azərbaycan 2014 Müsabiqəsinə təqdim edilən 42 startupın Müsabiqəyə buraxılması və qiymətləndirilməyə təqdim edilməsi məsələsinə baxılıb.
Startup Azərbaycan Müsabiqəsinin Qaydalarına görə  müsabiqədə iştirak etmək niyyətində olan startuplar 1-ci səsvermə mərhələsində Ekspertlərin qiymətləndirməsi üçün ilkin biznes plan ( Layihə haqqında ilkin məlumatlar) təqdim etməlidirlər.
Startup Azərbaycan TK –nın apardığı ilkin ekspertizanın nəticələrinə əsasən məlum olub ki,  

14 Layihə ilə bağlı Qaydalarda nəzərdə tutulan zəruri məlumatlar, qiymətləndirmə üçün gərəkli olan ilkin məlumatlar qeydiyyat müddəti ərzində Müsabiqəyə təqdim edilməyib. 

Odur ki, bu startuplar Startup Azərbaycan TK tərəfindən  Müsabiqədən kənarlaşdırılıb və qiymətləndirilməyə buraxılmayıb.

Beləliklə, Startup Azərbaycan TK tərəfindən Müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçən və zəruri sənədləri təqdim edən 28  startup Müsabiqəyə qəbul edilib və ilkin qiymətləndirmə üçün Ekspertlərə təqdim edilib. Müsabiqəyə qəbul edilən startupların siyahısı www.startup.az resursunda yerləşdirilib.
Ekspertlər Qaydalara uyğun olaraq startupların qiymətləndirilməsini 10 gün müddətində həyata keçirəcək və onların dəyərləndirməsi  əsasında  yarımfinalçılar müəyyən olunacaq.
Yarımfinala çıxan startuplar üçün biznes planların  və təqdimatların hazırlanması istiqamətində iyun ayının 1-ci yarısında Təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər beynəlxalq Ekspertin iştirakı ilə keçiriləcək.
Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər 25 İyun tarixədək finalçıları müəyyən edəcəklər.
Finala çıxan startuplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.

Startup Azərbaycan Yekun Təqdimat mərasiminin və ənənəvi Startup Azərbaycan 2014 Milli Konfransının iyun ayının sonunda  keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. 
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Geniş məlumat : www.startup.az  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Startupların qeydiyyatı başa çatıb

21-05-2014

Milli Startupların qeydiyyatı başa çatıb və ilkin səsvermə başlanıb

22-05-2013

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013

Startup Azərbaycan Müsabiqəsində səsvermənin 2-ci mərhələsi başlayıb

21-06-2013

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Milli StartUpların qeydiyyatına başlanıb

27-03-2013

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Milli startuplarla bağlı maraqlı tədbirlər gözlənilir

29-05-2013

İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

05-05-2014

Startup Bakı Toplantısı keçirilib

26-04-2014

Startup Azərbaycan tədbirləri keçirilir

25-04-2014

Startup Azərbaycan Yarımfinalçıları Ekspertlər qarşısında təqdimatlar edib

23-06-2014

Bakıda Startup Günləri keçirilir

07-11-2013

Startup Azərbaycan Memorandum imzaladı və Təlim keçdi

10-06-2013

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

29-04-2014

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün Təlim keçirilib

09-06-2014

Startup Azərbaycan yarımfinalçıları ekspertlər qarşısında təqdimatlar ediblər

24-06-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə