Previous Next
Bağla

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

29-04-2014 14:45
Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

Bu gün Startup Azərbaycan layihəsi çərçivəsində XƏZƏR Universitetində görüş keçirilib.

Xəzər Universitetinin müəllim və tələbələrinin qatıldığı Görüşdə Startup Azərbaycan Komandasının üzvləri, startup sahibləri və RYT Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak ediblər.

Xəzər Universitetinin Kompüter elmləri Kafedrasının müdiri Leyla xanım Muradxanlı tədbiri açaraq onun məqsədi haqqında məlumat verib.

Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz çıxış edərək ölkədə İnternet biznes, Startup Azərbaycan Layihəsi və Startup Müsabiqəsi haqqında geniş məlumat verib. Görüşdə İT-nin İnkişafı Dövlət Fondunun nümayəndəsi Anar Cəfərov Fond tərəfindən elan edilən Qrant müsabiqəsi və Fonda Layihələrin təqdim edilməsi qaydaları haqqında məlumat verib.

Toplantıda NETTRENDS milli startupının sahibi, Startup Azərbaycan Komandasının üzvü Elşad Yusifli startupının ərsəyə gəlməsi , hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında görüş iştirakçılarını məlumatlandırıb. Sonra Startup Azərbaycan Komandasının üzvləri və Dövlət Fondunun nümayəndəsi iştirakçıların suallarını cavablandırıblar.

Startup Azərbaycan TK bildirir ki, Startup Azərbaycan çərçivəsində növbəti Toplantının 2 may tarixdə ADA Universitetində keçirilməsi nəzərdə tutulub. Həmçinin növbəti ayda ənənəvi “Startup Azərbaycan 2014“ Milli Konfransının keçirilməsi nəzərdə tutulub.

Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startup Azərbaycan Təşkilat Komitəsi bir daha bildirir hazırda milli startupların Müsabiqəsi da artıq elan edilib və www.startup.az saytında qeydiyyat davam edir.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir

. Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Tədbirdən hazırlanan fotolar : https://www.facebook.com/media/set/?set=a.719484511444216.1073741854.486851951374141&type=1

Geniş məlumat : www.startup.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

05-05-2014

Startup Azərbaycan tədbirləri keçirilir

25-04-2014

Startup Bakı Toplantısı keçirilib

26-04-2014

Startup Azərbaycan ADA Toplantısı keçirilib

02-05-2014

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

Startup Azərbaycan Qafqaz Toplantısı keçirilib

16-04-2013

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

Milli Startupların qeydiyyatı başa çatıb

21-05-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013

Bakıda Startup Günləri keçirilir

07-11-2013

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

26-05-2014

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün Təlim keçirilib

09-06-2014

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

Startuplar və İnternet biznes sahəsində maraqlı tərəflərin görüşü keçirilib

07-06-2013

Startup Azərbaycan Yarımfinalçıları Ekspertlər qarşısında təqdimatlar edib

23-06-2014

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

20-04-2013

Startup Günləri keçiriləcək

15-10-2013

Startup Azərbaycan Müsabiqəsində səsvermənin 2-ci mərhələsi başlayıb

21-06-2013

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə