Previous Next
Bağla

Startup Azərbaycan ADA Toplantısı keçirilib

02-05-2014 17:52
Startup Azərbaycan ADA Toplantısı keçirilib

Bu gün Startup Azərbaycan layihəsi çərçivəsində ADA Universitetində görüş keçirilib.
ADA Universitetinin müəllim və tələbələrinin qatıldığı Toplantıda  Startup Azərbaycan Komandasının üzvləri, startup sahibləri və RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak ediblər.

Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi , Startup Azərbaycan Layihəsi və Startup Müsabiqəsi haqqında geniş məlumat verib.

Görüşdə İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov  çıxış edərək  İnternet biznesi sahəsində mövcud vəziyyət, İT Layihələrə dövlət dəstəyi, Fond tərəfindən elan edilən Qrant müsabiqəsi və Fonda Layihələrin təqdim edilməsi haqqında məlumat verib.

Toplantıda həmçinin Startup Azərbaycan Komandasının üzvü, hazırda ABŞ-da Silikon Vadidə İnternet bizneslə məşğul olan Gərib Mehdiyev, İnfiPro şirkətinin rəhbəri Eldar Abbasov, ADA Universitetinin departament rəhbəri Rahid Ələkbərli İnternet biznes və startuplar sahəsində uğurlu biznes qurmaqla bağlı və bu sahədəki müasir trendlərlə bağlı məlumat veriblər .

Toplantıda Azərbaycanın ilk gəlirli startaplarından biri hesab olunan NETTRENDS platformasının həmtəsisçisi və texniki memarı Elşad Yusifli, SocSet startupının təsisçiləri Şaiq Muradov və Amid Quliyev, GoldenPay şirkətinin təsisçisi  Fərid İsmayılzadə, Vital CV və  Multibon startupları adından Orxan Əhmədov çıxış edərək    adı çəkilən startupların ərsəyə gəlməsi, hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında, uğurlar və çətinliklər haqqında  görüş iştirakçılarını məlumatlandırıb.

Sonra Startup Azərbaycan Komandasının üzvləri və Dövlət Fondunun nümayəndəsi iştirakçıların suallarını cavablandırıblar.

Startup Azərbaycan TK bildirir ki, Startup Azərbaycan çərçivəsində növbəti  Toplantının  5 may tarixdə Sumqayıt Dövlət Universitetində keçirilməsi nəzərdə tutulub.
Həmçinin növbəti ayda ənənəvi “Startup Azərbaycan 2014“ Milli Konfransının keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Startup Azərbaycan Təşkilat Komitəsi bir daha bildirir hazırda milli startupların Müsabiqəsi da artıq elan edilib və www.startup.az  saytında qeydiyyat davam edir.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Tədbirdən hazırlanan fotolar :  https://www.facebook.com/media/set/?set=a.721008034625197.1073741858.486851951374141&type=1

Geniş məlumat : www.startup.az

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

05-05-2014

Startup Azərbaycan XƏZƏR Toplantısı keçirilib

29-04-2014

Startup Azərbaycan tədbirləri keçirilir

25-04-2014

Startup Bakı Toplantısı keçirilib

26-04-2014

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün Təlim keçirilib

09-06-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

26-05-2014

Milli Startupların qeydiyyatı başa çatıb

21-05-2014

Startup Azərbaycan Yarımfinalçıları Ekspertlər qarşısında təqdimatlar edib

23-06-2014

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015

Startup Azərbaycan Qafqaz Toplantısı keçirilib

16-04-2013

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013

Bakıda Startup Günləri keçirilir

07-11-2013

Bakıda Startup Günləri keçiriləcək

04-11-2013

“Startup Azərbaycan 2014” milli konfransı keçiriləcək

30-06-2014

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə