Oktyabrın 24-25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək.
Xeberler.az məlumat verir ki, bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov SAF-2024 - Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, builki festival “Əylən, öyrən” devizi ilə keçiriləcək:
“Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu münasibətlə bu il SAF-ın loqosunda da dəyişikliklər etmişik. Festivalın bu il yenilənmiş loqosu yarış meydançası, mühəndislik və innovasiya, eləcə də yaşıl həyat, uşaq və gəncləri simvolizə edir”.
İqrar Nəzərov bildirib ki, STEAM Azərbaycan layihəsi hazırda 398 dövlət ümumtəhsil məktəbini, 220 min şagirdi əhatə edir: “SAF-2024 festivalında bütün kateqoriyalar yaşıl təşəbbüslər, yaşıl həllərə həsr olunub. Builki yarış “Bizim peykimiz”, “Yaşıl kodlaşdırma”, “Dron dizaynı”, “Hidrogen maşınları”, “Gələcəyin mühəndisləri”, “Kinematoqrafiya”, “Yaşıl təşəbbüslər” , “Robotların mühafizəsi”, “Fəaliyyət zonası” kateqoriyaları üzrə keçiriləcək. Yarışda iştirak üçün 2500 nəfər, 625 komanda qeydiyyatdan keçib. Festivalda iştirak edən komandaların 225-i Bakı və Abşeron, 348-i regionlar, 54-ü xarici ölkələrdəndir. Hazırda 15 xarici ölkə iştirakçısı qeydiyyatdan keçib, ümumilikdə 20 ölkənin yarışda iştirakı gözlənilir. Yarışda 30 beynəlxalq münsif yer alacaq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri