Previous Next
Bağla

Süni intellektə malik holoqram təqdim olunub

04-10-2017 14:24
Süni intellektə malik holoqram təqdim olunub

VNTANA və Satisfi Labs şirkətləri sahibkarlara biznesdə istifadə üçün şəxsi holoqrafik robot-köməkçilərin hazırlanmasına imkan verən yeni platforma yaradıblar.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeni layihə müştərilərlə qarşılıqlı əlaqədə olan robotun holoqrafik bədəninin yaradılması üçün süni intellekt və əlavə reallıq texnologiyalarını birləşdirir.

“Bizim holoqramların yaradılması texnologiyamız bir çox markalara öz müştəriləri ilə daha yaxşı qarşılıqlı əlaqədə olmağa kömək edib. İndi platformamızdakı bu yeni əlavəni təklif etməkdən məmnunuq. Satisfi Labs şirkəti ilə əməkdaşlıq sayəsində ilk dəfə süni intellekti holoqrama inteqrasiya edə bildik.Bu da holoqramlarımızın müştərilərlə daha yüksək səviyyədə qarşılıqlı əlaqədə olmasına imkan verəcək”, – deyə VNTANA şirkətinin həmtəsisçisi və baş direktoru Eşli Krouder bildirib.

Yeni sistemin əsas xüsusiyyətlərindən biri süni intellektin insanlarla qarşılıqlı əlaqə haqqında məlumatları toplamaq və emal etmək qabiliyyətidir ki, bu da sonra ona hər bir şəxslə unikal ünsiyyət qurmağa imkan verir.

Bunun üçün sifətin tanınması sistemi və emosiyaların tanınması üçün əhval-ruhiyyənin analizi modulundan da istifadə olunacaq. İstehsalçılar iddia edirlər ki, yeni ağıllı holoqramlar hələ ki, belə ünsiyyətə hazır olmayan insanları da stresdən azad edə bilər.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnsanın mimikasını təkrarlayan robot

27-03-2018

Bu qapı zəngi ev sahibini tanıyacaq

22-09-2017

Robot Erika xəbər aparıcısı olacaq

01-02-2018

“Merge Labs” “Neuralink” startapına rəqib olacaq

15-08-2025

Süni intellekt üzrə bakalavr proqramı başlayır

22-05-2018

“Nvidia AI” ilə “DeepL” 18 gündə bütün interneti tərcümə edə bilir

13-06-2025

Oyuncaqları rəqəmsal dünyaya daşıyan texnologiya

12-04-2018

Instagram bloqerlər üçün xüsusi funksiyaları sınaqdan keçirir

13-12-2018

Virtual reallıq xarici dil öyrənməyə kömək edəcək

13-09-2017

Robot ölkəyə rəhbərlik edəcək

20-06-2017

Gözlə robotu idarə edən proqram təminatı hazırlanıb

27-10-2015

Google-un süni intellekti proqramçıları üstələyib

20-10-2017

Google yeni bir əməliyyat sistemi yaradır

15-08-2016

Robotlar insanlara məsləhət verəcək

12-04-2016

İstənilən səsi təqlid edən sistem

06-03-2018

Robotları jestlərin köməyi ilə idarə etmək mümkündür

28-12-2015

Sifətin tanınması üzrə ən yaxşı texnologiya

19-12-2017

AI Təhlükəsizliyi və Neytrallığı Fonduna 97 üzv qoşulub

26-02-2026

Şahmat oynaya bilən robot

01-06-2017

Süni intellekt uşaqların psixologiyasını necə dəyişir? - Araşdırma

08-12-2025

Robot hava limanında sərnişinlərə kömək edir

15-05-2018

Jurnalistlər robotlarla əməkdaşlığa başlayıb

14-12-2017

Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması üçün platforma işə salınacaq

29-01-2020

Məşhur robot vəsait toplayır-Səbəb

30-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə