Ev üçün qurğu istehsalçısı Nest Labs kamera ilə təchiz edilmiş qapı zənginə Google-un sifətin tanınması texnologiyasını əlavə edib.
Bundan başqa, Hello dinamiklərlə təchiz edilib ki, bu da ona insanlarla danışmağa imkan verir.
Xeberler.az ict.az.az-a istinadən məlumat verir ki, qurğu kimisə tanımazdan əvvəl istifadəçi əli ilə insanları qeyd etməli və onların adlarını söyləməlidir. Ağıllı qapı zəngi yad və ya tanış insanın yaxınlaşması barədə sahibinə xəbərdarlıq edə bilir. 2018-ci ilin ilk üç ayı ərzində satışa çıxarılacaq qurğunun qiyməti hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, Google şirkəti Nest Labs-ı 2014-cü ildə 3,2 milyard dollara satın alıb. Şirkət internetə qoşulan termostatlar, tüstü sensorları və avtonom təhlükəsizlik kameraları istehsal edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri