Robot ölkəyə rəhbərlik edəcək

20-06-2017 / 15:44

Məlumdur ki, süni intellektə malik robotlar hər il daha da inkişaf edir. Hələ 2010-cu ildə IBM şirkəti elan etmişdi ki, mütəxəssislər tərəfindən hazırlanmış yeni alqoritm sayəsində robot prezidentin bacarıqlarına yiyələnəcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, artıq 2030-cu ilədək təkmilləşdirilmiş robot Uotson ölkəyə rəhbərlik edə biləcək.

2010-cu ildən IBM şirkətinin mütəxəssislərinin üzərində işlədikləri Uotson adlı robot artıq ölkəyə rəhbərlik etməyə hazırdır. O, yalnız bəzi praktiki bacarıqları və siyasi prinsipləri öyrənməlidir.

2030-cu ilədək insanlar yeni avtomatlaşdırılmış dövrə daxil olacaqlar və robotlarla qarşılıqlı təsir maksimum dərəcədə artacaq. Həm prezident, həm də müəssisə rəhbərinin bacarıqlarına malik yeni qurğu texnologiyalar sahəsində sıçrayış olacaq.

Alimlərin fikrincə, robot yaxın gələcəkdə istənilən ölkənin prezidenti postunu tuta biləcək. Uotson aktual təkliflər irəli sürür, hətta bəzi hallarda insanı üstələyir. İstehsalçılar onun qlobal istiləşmə problemini də həll edə biləcəyini güman edirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə