Previous Next
Bağla

İstənilən səsi təqlid edən sistem

06-03-2018 11:26
İstənilən səsi təqlid edən sistem

Çinin Baidu şirkəti insan səsini bütün analoqlarından daha yaxşı və sürətli təqlid edən neyron şəbəkəsini təqdim edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, o, zəruri olduqda səsə lazımi aksent və çalarlar əlavə edərək, onu klonlaşdırır.

Yeni sistemin əsas xüsusiyyəti akustik məlumatları yüksək sürətlə analiz edə bilməsidir.

2017-ci ildə bu sistemin sələfi təqdim edilmişdi. Süni intellektə əsaslanan Baidu Deep Voice yeni səsin generasiyası üçün ilk materialın öyrənilməsinə 30 dəqiqə sərf edirdi.

Adobe VoCo sistemi səsi 20 dəqiqə, Kanada startapı Lyrebird 1 dəqiqə, Baidu-nun yeni texnologiyası isə bir neçə saniyə ərzində təqlid edir.

Bu innovativ texnologiyanın ticarət potensialı olduqca genişdir. Yeni sistemdən sevimli personajın səsi ilə danışan canlı elektron köməkçinin, uşağı anasının səsi ilə sakitləşdirən rəqəmsal dayənin və s. yaradılması üçün istifadə etmək olar. O, danışıq qabiliyyətini itirmiş insana ünsiyyət qurmaq imkanı verə bilər.

Lakin bu texnologiyadan məlumatların saxtalaşdırılması və dələduzluq məqsədilə də istifadə edilə bilər. Sifətin və hərəkətlərin klonlaşdırılması və konkret şəxsin iştirakı ilə videonun yaradılması artıq mümkündür.

Məsələn, biometrik identifikasiya sistemlərindən keçmək üçün görüntüyə səs əlavə etməklə şəxsin optimallaşdırılmış surətini almaq kifayətdir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google insan səsi ilə danışıb

28-12-2017

Çin 2026-cı ildə yeni nəsil süni intellekt çipi buraxacaq

14-11-2025

Səsi aydın ötürən qulaq implantatı təqdim olunub

23-07-2019

İnsana oxşayan robot yaradılıb

03-08-2016

Delfinlərin dilini başa düşəcəyik?

20-04-2009

İtirdiyiniz telefonu alqış səsi ilə tapacaqsız

29-08-2015

Youtube tarixinin ən uzunmüddətli videosu yüklənib

13-01-2026

Süni intellektə malik holoqram təqdim olunub

04-10-2017

Tramp: “Amerikanın Səsi” fəaliyyətini dayandırmalıdır

26-06-2025

DİN ən geniş yayılmış dələduzluq üsulunu açıqlayıb

12-03-2026

Azercell «Müştərinin səsi» adlı yeni proqram həyata keçirir

14-09-2009

Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

07-04-2010

Bu ölkədə yerli axtarış sistemi öndədir

13-08-2009

Fiziki məhdudiyyətli insanlar üçün yeni sistem yaradılacaq

20-07-2017

Azərbaycanda yeni radio fəaliyyətə başlayıb

03-10-2025

Yeni sistem insanı səsinə görə tanıyır

23-11-2017

Çində süni intellekt şəhəri salınacaq

27-12-2017

Çindən Google-yə rəqib gəlir

03-01-2010

Azercell-dən “Danışan Mesaj” xidməti

22-05-2009

Sənədləri skan edən proqram istifadəyə verilib

06-06-2017

Futbol hakiminə texnoloji yardım?

12-10-2010

Çin 2027-ci ildə ilk turistləri kosmosa çıxaracaq

25-10-2024

İlk ağıllı güzgü-planşet

14-03-2017

Azərbaycanda biometrik texnologiya vasitəsilə kiçik həcmli kreditlər əldə etmək mümkün olacaq

26-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə