Previous Next
Bağla

Süni intellektin labüd hegemonluğu

29-08-2019 15:08
Süni intellektin labüd hegemonluğu

Sürətlə dəyişən dünyamız, modern düşüncə, intellektual bilik, nanotexnoloji yeniliklər bizi meqadəyişmələr və çevrilmələr erasına qovuşdurub.

Artıq müasir dünya real fikir, real ideya və fəlsəfə ilə yaşayır. İnsanlar azad yaşamaq, nikbin olmaq istəyirlər. Onun ədəbiyyatı, incəsənəti, mədəniyyəti də qəm-kədərdən uzaqlaşmaq missiyasını yerinə yetirməyə çalışır.  Dövrlə, zamanla ayaqlaşmaq istəyən yaradıcı insan realist və ayıq-sayıq, fəlsəfi düşüncə tərzi sağlam, intellektual səviyyəsi isə yüksək olmalıdır.

Lakin cəmiyyətin böyük bir qismi bu dəyişmələrə, elmi-texniki yeniliklərə adekvat ola bilmir. Çünki dəyişikliklər elə böyük sürətlə baş verir ki, hər beşillik və onilliklər arasında texnoloji inkişaf baxımdan böyük bir kanyon yaranır. Bəşər övladı isə bu yeniliklərə hazır olmadıqda, bu inkişafın bir hissəsinə çevrilmədikdə böyük problemlər baş verir. Buna görə də insan düşüncə olaraq, ideya olaraq daim yenilənməli, özünü refreş etməlidir. 

Dünya artıq yaratmaq bəhsində, kəşf etmək arzusunda, məntiqi, rasional düşüncənin təməlində yüksəlir. Süni intellekt sistemləri, nüvə fizikası, nanotexnologiyalar, biometriya, informasiya texnologiyaları, riyazi modelləşdirmə, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, o cümlədən, humanitar və ictimai elmi istiqamətlər üzrə fundamental və tətbiqi tədqiqatlar yüksək səviyyədə inkişaf dinamikası içindədir. Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib, ona hakim kəsilib. Texnologiya ilə dəyişən insan - post-insan yaratdığı süni intellektlə durmadan inkişaf edir.

Kiber-bio- texno inqilablar dalğası insanın mexaniki qurğu ilə birləşməsi - cyborg yaratmaq tendensiyasını ortaya qoyub (İngilis dilində cyberneticorganism sözlərinin qısaldılmış formasından düzəlib. Neil Harbisson ilk rəsmi Siborqdur). Gen dəyişikliyi üzrə yeni texnologiyalar yaradılıb: CRISPR/Cas9. Yəni insan artıq DNT-sinin əsiri deyil. 

Bəs bu və ya digər meqadəyişmələr ünsiyyət vasitəsi kimi dilə necə təsir edir və edəcək? 

Bu dəyişikliklər göstərir ki, süni intellektlə işləyən robotlar öz dillərində ünsiyyət quracaq. Yəni süni intellektin ünsiyyət dili yaranacaq. Bunun ilk qığılcımları da artıq mövcuddur. Facebook şəbəkəsinin süni intellektlə işləyən çat botları öz dillərini yaratmış və danışmışlar. Belə ki, FAIR (Facebook-un Süni İntellekt Araşdırma Laboratoriyası / Facebook AI Research) tədqiqatçıları tərəfindən yaradılan söhbət botları öz dillərini yaratdıqdan sonra həmin proqram söndürülüb. FAIR-də çalışan elm adamlarının süni intellektə sahib olan çat botların bunu necə etdiklərinə dair hələ ki konkret bir məlumatı yoxdur. Amma süni intellektin nə danışdığını biliblər.

Süni intellekt dili fikri daha sürətlə ifadə etməyə hesablanır. Facebook çat botları öncə ingilis dilində ünsiyyətdə olsalar da, sonradan sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Süni intellekt dili təbii dillə müqayisədə sintaktik quruluşuna görə sadələşəcək. Yəni fikrin ifadəsində mürəkkəb konstruksiyalı cümlələr nəzərə çarpmayacaq. Zəka o qədər güclü olacaq ki, arifə bir işarə kifayət edəcək.

Süni intellektin öz aralarında yaratdığı ünsiyyət dili zamanla təbii dili sıxışdıraraq qlobal dil səviyyəsində müəyyənləşəcək. Ümumiyyətlə, insan zəkasının inkişafı göstərir ki, ideyalar, fikirlər təbii dil olmadan da anlaşıla biləcək. Yəni gələcəkdə təbii dilə ehtiyac qalmayacaq. Belə ki, ünsiyyət modeli (dinləyib-anlama və danışma, oxu-yazı) dəyişdikdən sonra təbii dil tarixə qovuşacaq və informasiya mübadiləsi beyinlə birbaşa əlaqə üsulları ilə həyata keçiriləcək. 

Robotlaşmağa doğru böyük bir yol almışıq, lakin dilin fəaliyyəti nəticəsində yaranan ünsiyyət forması hələ ki ən optimal variant olaraq qalmaqdadır...

Sərvər Şirinov

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Facebook-un çat-botları nəzarətdən çıxıb

Facebook-un çat-botları nəzarətdən çıxıb

02-08-2017
Süni intellektin öz dili olmalıdır

Süni intellektin öz dili olmalıdır

17-06-2017
Facebook-un botları öz şəxsi dilini ixtira edib

Facebook-un botları öz şəxsi dilini ixtira edib

22-06-2017
Süni intellektə emosional bağlılıq insanlar arasında əlaqəni məhv edir

Süni intellektə emosional bağlılıq insanlar arasında əlaqəni məhv edir

14-04-2025
İsrailli nümayəndə: Süni intellektlə bağlı yeni iş imkanları yaranacaq

İsrailli nümayəndə: Süni intellektlə bağlı yeni iş imkanları yaranacaq

16-10-2025
 “Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023
Süni intellekt sayəsində 800 min iş yeri bağlanıb

Süni intellekt sayəsində 800 min iş yeri bağlanıb

11-09-2017
Dünya İqtisadi Forumu süni intellektlə bağlı hesabat hazırlayıb

Dünya İqtisadi Forumu süni intellektlə bağlı hesabat hazırlayıb

04-08-2025
“AI Index Report 2026”: Süni intellekt  sürətlə inkişaf edir

“AI Index Report 2026”: Süni intellekt sürətlə inkişaf edir

16-04-2026
Meta “Play AI”ni satın alıb

Meta “Play AI”ni satın alıb

15-07-2025
"Microsoft": Süni intellektə Azərbaycan dili öyrədiləcək

"Microsoft": Süni intellektə Azərbaycan dili öyrədiləcək

17-02-2021
Bill Qeyts: Süni intellekt bu peşələri əvəz edə bilməyəcək

Bill Qeyts: Süni intellekt bu peşələri əvəz edə bilməyəcək

28-03-2025
Təbii intellekt yoxsa süni intellekt? – VİDEO

Təbii intellekt yoxsa süni intellekt? – VİDEO

04-05-2026
Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

05-06-2026
BMT: Dünyada əhalinin 60 faizi süni intellektə məşğulluq kimi baxır

BMT: Dünyada əhalinin 60 faizi süni intellektə məşğulluq kimi baxır

07-05-2025
Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplara əlçatan olmalıdır

Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplara əlçatan olmalıdır

07-10-2025
“Chat GPT-5” süni intellekt texnologiyasının zirvəsi olmağa hazırlaşır

“Chat GPT-5” süni intellekt texnologiyasının zirvəsi olmağa hazırlaşır

12-09-2024
“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025
Süni intellekt insanı nə vaxt əvəz edəcək?

Süni intellekt insanı nə vaxt əvəz edəcək?

04-04-2018
Mətbuat Şurası: Hazırda internet dilində danışan bir nəsillə üz-üzəyik

Mətbuat Şurası: Hazırda internet dilində danışan bir nəsillə üz-üzəyik

07-11-2025
Süni intellekt insanların beynində “hallüsinasiyalar” yarada bilər

Süni intellekt insanların beynində “hallüsinasiyalar” yarada bilər

25-09-2024
Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

05-04-2025
“Google Gemini” Azərbaycan dilində istifadəçilər üçün əlçatan olub

“Google Gemini” Azərbaycan dilində istifadəçilər üçün əlçatan olub

12-02-2026
BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

04-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə