Previous Next
Bağla

Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir

25-12-2020 11:23
Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir

Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün "Azərenerji" ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

Xeberler.az bildirir ki, "Azərenerji"dən verilən məlumata görə, eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq "Şükürbəyli" yarımstansiyası tam yenidən qurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır. Bunun üçün mənbəyi "İmişli" yarımstansiyasından "Şükürbəyli" yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarə olunması təmin ediləcək. 

"Ən əsası isə hazırda paralel olaraq Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ümumi uzunluğu 75 kilometr təşkil edən "Füzul-Şuşa" hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək. Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir", - ASC-dən bildirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərenerji ASC Şirvandan Xırdalana yeni elektrik xətti çəkir

01-04-2019

Kəlbəcərdə 4 SES tikilir

25-11-2023

Mingəçevir SES-də təmir-bərpa işləri aparılır

14-08-2019

Azərenerji ASC yarımstansiyalarda yenidənqurma işləri aparır

27-03-2019

Laçının ən ucqar kəndlərinin elektrik şəbəkəsi yenilənir

30-06-2023

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

03-10-2024

Azərenerjinin yenidən qurulan yarımstansiyaları istifadəyə verilib

29-12-2019

Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

12-10-2018

Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

12-02-2019

Prezident Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

27-05-2025

İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

09-05-2025

Preziden SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib

23-06-2025

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016

Bakıda Ağ Şəhər metro stansiyası tikiləcək

01-04-2019

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018

Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi

23-02-2019

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

27-06-2022

Elektrik stansiyasının avtomatika və idarəetmə sistemi pozulub - Yaqub Eyyubov

05-07-2018

Azərbaycanın cənubunda televiziya verlişlərinin yayımı dayanıb

06-01-2010

“Azərenerji”nin idarəetmə sistemi yenilənir

21-05-2020

Sumqayıtda da elektron elektrik sayğacları quraşdırılacaq

20-10-2009

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə