Previous Next
Bağla

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

03-10-2024 17:55
Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Xeberler.az məlumat verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.

Diqqətə çatdırıldı ki, Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

Qeyd olundu ki, rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilərlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə işin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir.

Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

27-05-2025

Preziden SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib

23-06-2025

İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

09-05-2025

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər və qadağalar müəyyənləşir

21-02-2023

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016

Laçının ən ucqar kəndlərinin elektrik şəbəkəsi yenilənir

30-06-2023

Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir

25-12-2020

Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

12-10-2018

Azərenerjinin yenidən qurulan yarımstansiyaları istifadəyə verilib

29-12-2019

Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

12-02-2019

Azərişıq Qurban bayramında növbətçilik sistemi tətbiq edəcək

17-08-2018

Azərbaycan alimlərindən ŞOK ixtira!!!

18-02-2009

Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

14-07-2018

Azərenerji ASC yarımstansiyalarda yenidənqurma işləri aparır

27-03-2019

Enerji resursların paylanmasında yeni texnologiyadan istifadə ediləcək

14-06-2017

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023

Ağdamda rəqəmsal idarəetmə mərkəzi tikiləcək

16-02-2023

Elektrik enerjisinin topdansatışı üzrə müstəqil bazar operatoru yaradıla bilər

21-02-2023

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018

Kəlbəcərdə 4 SES tikilir

25-11-2023

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018

Bakcell ölkə ərazisində mobil rabitə xidmətinin dayanıqlığını təmin edib

04-07-2018

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023

Tullantılarla şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür

17-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə