Previous Next
Bağla

Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

12-10-2018 10:02
Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.

Xeberler.az  bildirir ki, AZƏRTAC-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev məlumat verdi ki, “Yeni Yaşma” Külək Elektrik Parkı bu il yenidən qurulub. Xızı rayonunun Yeni Yaşma və Şuraabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyasında yenidənqurma işlərini Almaniyanın “Berlin Wind” şirkəti aparıb. Yanvar ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır. Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlığının-yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi yaradılıb. İdarəetmə mərkəzində turbinlərin iş rejimləri, istismar vəziyyəti, texniki parametrləri, küləyin sürəti, növbəti günlər üçün külək proqnozu və enerji istehsalı onlayn izlənilir. Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb. İstehsal olunan elektrik enerjisinin ümumi enerji sisteminə ötürülməsi üçün “Yaşma” hava xəttinə qoşulmaqla “Sitalçay” yarımstansiyasına 110 kV-luq hava xətti çəkilib. Bir sıra xarici şirkətlər tərəfindən yerli mütəxəssislər üçün treninqlər təşkil edilib, həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sertifikatlaşdırılmış kurslarda yerli mütəxəssislərin iştirakı təmin olunub.

Hazırda stansiyanın idarə edilməsi, servis və istismar işləri tamamilə yerli mütəxəssislər tərəfindən icra olunur. Parkda alternativ və bərpaolunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Parkın ümumi ərazisi 540 hektardır. Burada 9800 poqonmetr uzunluğunda qəfəsli çəpər çəkilib, ümumi sahəsi 571 kvadratmetr olan anbar binası tikilib, gübrə və yağ depoları, zəhərli maddələrin saxlanılması üçün xüsusi otaq və xidməti bölmələr yaradılıb. Ərazidən səmərəli istifadə olunması üçün torpaq nümunələri İtaliyada laborator müayinədən keçirilib və nəticələrə əsasən 450 hektar sahədə zeytun və badam bağları salınıb. Bağların suvarılması məqsədilə Taxtakörpü-Ceyranbatan su kanalının 72-ci kilometrliyində suqəbuledici baş qurğu tikilib, 23 kilometrlik su xətti çəkilib, su anbarı və nasos stansiyası inşa edilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyindən 1,8 kilometrlik yeni avtomobil yolu çəkilib.

“Yeni Yaşma” Külək Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7 faizdən 1,8 faizədək artacaq.

Dövlətimizin başçısına 3,6 MVt gücündə Yaşma Bağları Külək Elektrik Parkı və 1,7 MVt gücündə Şuraabad Külək Elektrik Parkı barədə də məlumat verildi. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Bakı-Quba yolunun digər tərəfində yerləşən Yaşma Bağları ərazisindəki 4 turbin təmir olunaraq, istismara hazır vəziyyətə gətirilib. Elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün 35 kV-luq yarımstansiya inşa edilib və 3,8 kilometr uzunluğunda hava xətti çəkilib. Şuraabad Külək Elektrik Parkında da 1,7 MVt gücündə 2 turbinlə bağlı təftiş işləri aparılıb, stansiyaya məxsus 35 kV-luq yarımstansiya elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün yenidən qurularaq istismara verilib. Turbinlərin idarə edilməsi SCADA sisteminə inteqrasiya olunub.

Sonda Külək Elektrik Parkının kollektivi ilə xatirə şəkli çəkdirildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 6 % artıb

15-05-2023

Azərbaycan "ACWA Power" ilə birgə əməkdaşlığə müzakirə edib

07-01-2026

Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

21-10-2023

Dünyada ilk üzən elektrik stansiyası yaradılır

14-11-2015

Laçının ən ucqar kəndlərinin elektrik şəbəkəsi yenilənir

30-06-2023

Süni ağaclar elektrik enerjisi istehsal edir

14-10-2016

Azərenerji ASC Şüvəlanda itirilmiş 30 MVt gücü bərpa etdi

15-04-2019

İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

09-05-2025

Prezident Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

27-05-2025

Azərenerji ASC Şirvandan Xırdalana yeni elektrik xətti çəkir

01-04-2019

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024

Preziden SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib

23-06-2025

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

03-10-2024

Kəlbəcərdə 4 SES tikilir

25-11-2023

Kriegers Flak KES 2021-ci ildə istifadəyə veriləcək

19-07-2018

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

14-07-2018

Ölkədə külək elektrik stansiyalarında istehsal azalıb

21-08-2017

Prezident xarici və yerli investorları Azərbaycana sərmayə qoymağa çağırıb

08-01-2026

Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

04-08-2017

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər və qadağalar müəyyənləşir

21-02-2023

Səngəçal Elektrik Stansiyasında itirilmiş güc bərpa edildi

21-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə