Previous Next
Bağla

Elektrik stansiyasının avtomatika və idarəetmə sistemi pozulub - Yaqub Eyyubov

05-07-2018 13:16
Elektrik stansiyasının avtomatika və idarəetmə sistemi pozulub - Yaqub Eyyubov

Ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirədə qəzanın baş vermə səbəblərinə aydınlıq gətirilib.

Xeberler.az bildirir ki, baş nazirin müavini, Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə yaradılmış Dövlət Komissiyasının sədri Yaqub Eyyubov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.

Yaqub Eyyubov deyib ki, baxış zamanı məlum olub ki, 3 iyul saat 10.17 radələrində Azərbaycan İES-in 330 kilovotluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən 1000 kiloqrama qədər yağ ətrafa səpələnib: “Yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olub. Həmin kabellərin uzun illərdir ki, istismar edilməsi yanğının intensivliyini bir qədər də artırıb. Eyni zamanda qəza baş verən zaman bu yarımstansiyaya xidmət edən stansiyanın altıncı blokunun yüklənməsi dayanıb. Lakin bu bloka verilən qaz dayandırılmadığından burada da yanğın baş verib. Hər iki yanğın söndürülüb. Bütün bunların nəticəsində işlək vəziyyətdə olan enerji blokları və hava xətlərində qəza açılışları olub, stansiyada gərginlik tam itib, respublikanın əsas enerji ötürücülərindən olan Birinci Abşeron Hava Xətti ilə elektrik cərəyanı verilişi tam dayanıb. Stansiyanın avtomatika və idarəetmə sistemi pozulub. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın rayonlarında elektrik enerjisi təminatına fasilə verilib ”.

Y. Eyyubov nəzərə çatdırıb ki, qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Sənaye İnstitutunun mütəxəssislərindən ibarət Ekspert Komissiyası yaradılıb: “Komissiyaya rəhbərlik AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılıb. Komissiyanın bir həftə ərzində araşdırmaları yekunlaşandan sonra Sizə məruzə ediləcək”. (APA)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

03-07-2018
Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018
Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018
Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir - Osman Gündüz

Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir - Osman Gündüz

05-07-2018
Növbəti yanğın enerji paylayan şəbəkələrə təsir etmədi

Növbəti yanğın enerji paylayan şəbəkələrə təsir etmədi

05-07-2018
Enerji sektorunda “3 iyul böhranı” təkrarlana bilərmi?

Enerji sektorunda “3 iyul böhranı” təkrarlana bilərmi?

03-07-2019
AzərEnerjidə yenidən işıq problemi yarandı

AzərEnerjidə yenidən işıq problemi yarandı

12-07-2018
Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

10-07-2018
Azərbaycanın cənubunda televiziya verlişlərinin yayımı dayanıb

Azərbaycanın cənubunda televiziya verlişlərinin yayımı dayanıb

06-01-2010
 Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

12-02-2019
Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

12-10-2018
Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016
Ölkəni enerji ilə təmin etməyə 5 milyard avro kifayətdir

Ölkəni enerji ilə təmin etməyə 5 milyard avro kifayətdir

06-07-2018
“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021
Təyyarə qəzasının səbəbi mobil telefon ola bilər

Təyyarə qəzasının səbəbi mobil telefon ola bilər

13-10-2008
Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir

Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir

25-12-2020
Azərenerji ASC Şüvəlanda itirilmiş 30 MVt gücü bərpa etdi

Azərenerji ASC Şüvəlanda itirilmiş 30 MVt gücü bərpa etdi

15-04-2019
Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015
Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

14-07-2018
İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

14-03-2023
Azərenerji elektrik enerjisi istehsalını artırıb

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023
Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu yeni layihələr üzərində iş aparır

Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu yeni layihələr üzərində iş aparır

14-05-2015
Azərbaycan bu ölkələrlə “yaşıl enerji” üzrə saziş imzalayıb

Azərbaycan bu ölkələrlə “yaşıl enerji” üzrə saziş imzalayıb

17-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə