Bluetooth Xüsusi Mütəxəssislər Qrupu (SIG) yeni Bluetooth 4.0 standartı və ya yeni adıyla Bluetooth Low Energy (LE - Aşağı Enerji) ilə kabelsiz rabitə texnikasının istifadə sahəsini artırmaq niyyətindədir.
Bluetooth 4.0-ün digərlərindən fərqi daha az enerji istehlak etməsindədir. Mütəxəssislər bu standartı düzəldərkən yalnız cib telefonlarındakı batareyaları deyil, bir düymə ilə illər boyu işləyən texnologiya cihazlarını da fikirləşib. Məsələn, yaxın zamanlarda Bluetooth standartı qol saatları və uzaqdan idarəetmə pultlarında da olacaq.
Bluetooth 4.0 standartında iki Bluetooth cihazı arasında beş millisaniyədən qısa müddətdə əlaqə qurula biləcək və bu iki cihaz bir-birindən 100 metr uzaqlıqda tapıla biləcək. Lazımlı əlaqə təhlükəsizliyini isə 128 bit AES şifrələmə təmin edəcək.
Bluetooth Low Energy xüsusilə sağlamlıq və təhlükəsizlik baxımından lider olacaq. Bluetooth 4.0-ü istifadə edən ilk cihazların nə vaxt çıxacağı hələlik dəqiqləşdirilməyib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri