Previous Next
Bağla

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025 19:41
Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

Azercell ESG strategiyası çərçivəsində enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini davamlı şəkildə genişləndirir və bu istiqamətdə bir sıra önəmli layihələri uğurla həyata keçirir.

2022-2024-cü illər ərzində ümumilikdə 3,628 MWh enerji qənaəti qeydə alınıb. Bu göstərici Bakı-Abşeron zonasında enerji istifadəsində illik 9%, digər regionlarda isə 11% azalma ilə müşahidə olunub. Enerji səmərəliliyinin ekoloji təsiri də mühüm nəticələr göstərir - ümumilikdə 1,705-ton karbon emissiyası azaldılıb ki, bu da təxminən 81,190 ağacın atmosferə verdiyi faydaya bərabərdir.

2025-ci ilin yanvar ayından etibarən bütün şəbəkə məntəqələrində tətbiq olunan qabaqcıl enerji qənaəti texnologiyaları sayəsində isə bu ilin ikinci rübündə 198 MWh enerji qənaət olunub, 140-ton karbon emissiyasının qarşısı alınıb.

Azercell-in günəş enerjisi layihələri də şirkətin bu strategiyası çərçivəsində əsas istiqamətlərdən birini təşkil edir. Hazırda mobil operatorun 3,700-dən artıq LTE baza
stansiyasının 37-si günəş enerjisi ilə çalışan hibrid stansiyalardır. Qeyd edək ki, onlardan 35-i Qarabağ ərazisində yerləşir. Bu stansiyalar vasitəsilə ötən il 300,000 kWh-dan çox günəş enerjisi istehsal olunub və bu enerjinin 95%-i məhz Qarabağ bölgəsinin payına düşüb. Region üzrə orta aylıq enerji istehsalı 33,120 kWh təşkil edərək enerji tələbatının təxminən 14%-ni qarşılamağa imkan verib.

Azercell-in strateji yanaşması enerji səmərəliliyinin artırılması ilə yanaşı, həm də əməliyyat xərclərinin azaldılmasını, karbon izinin minimuma endirilməsini və texnologiyanın ekoloji baxımdan uyğunlaşdırılmasını hədəfləyir. Şirkət bu istiqamətdə fəaliyyətlərini genişləndirərək ölkədə yaşıl enerjiyə keçidi təşviq edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

12-03-2026

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

Azercell mükəmməl rabitə, təmiz ekologiya uğrunda çalışır

02-10-2015

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

15-09-2025

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib”

09-06-2020

Nigar Arpadarai: Karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var

04-10-2024

ABŞ səfirliyi günəş panelləri quraşdırır

11-08-2022

Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

12-07-2016

Prezident: "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"

03-02-2023

Acer ekologiyanı qoruyan cihazlar istehsal edəcək

13-10-2009

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

Alternativ enerji sahəsində ən maraqlı ideya seçiləcək

29-03-2017

Hər evdə günəş paneli olacaq-Qərar

10-05-2018

DİF: “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir”

30-01-2025

Mərakeş Afrikada böyük günəş elektrostansiyası tikir

29-10-2015

Azərbaycanda yeni istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

01-06-2023

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024

Bakıda bərpa olunan enerji ilə bağlı beynəlxalq konfrans keçirilir

18-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə