Mini projekor MPro120

01-09-2009 / 16:10

Projektorlar getdikcə kiçilir və hətta cibdə daşımaq belə asan olur.

3M-in yeni nəsil texnologiya məhsulu MPro120 Mini Projektor ilə hər an hər yerdə təqdimat etmək, film izləmək, video oyunları oynamaq və yüksək görünüş keyfiyyətiylə şəkil paylaşmaq mümkündür.

MPro 120, köynək cibinə sığa bilən kiçik ölçüsü, incə quruluşu, uzun ömürlü batareyası, yüksək səs və rəng keyfiyyətiylə ön plana çıxır. Kiçik və rahat quruluşuyla dizüstü kompüterlərə, telefonlara, kameralara və müzikçalarlara asan və sürətli uyğunlaşa bilir.

MPro 120 modeli əks etdirdiyi görünüşlərin ölçüsünü 20 sm-dən 127 sm-ə qədər böyüdə bilən texnologiyasıyla, hər an hər yerdə təqdimat etmək imkanı təmin edir. Projektorun istifadə ömürü 20.000 saat olan enerjiyə qənaət edən lampası var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə