Previous Next
Bağla

TAC ödəmə kartlarının onlayn satışı müzakirə edilib

14-12-2015 17:54
TAC ödəmə kartlarının onlayn satışı müzakirə edilib

Dekabrın 11-də  "Elektron Hökumət” portalının operatoru və  Aztelekom MMC-nin  nümayəndələrinin görüşü olub.

Xeberler.az bildirir ki, görüşdə TAC ödəmə kartlarının telekommunikasiya qovşaqlarında(TKQ)  onlayn satışı və aktivləşdirilməsi məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) proqramçıları tərəfindən hazırlanmış yeni proqram təminatının və satış üzrə hesabatların  elektron təşkilinin prezentasiyasi  keçirilib və  bu  məsələ müzakirə eilib.

Yeni tətbiq olunacaq proqram təminatı əsasında rayon TKQ-lərinin əməliyyatçıları TAC kart satış sisteminə daxil olaraq müştərinin istədiyi dəyərdə və sayda TAC kart seçir, bundan  sonra  avtomatik olaraq kartların nömrələri və pin kodlar  qeyd olunmuş qəbz formalaşır. Qəbz çap olunaraq müştəriyə təqdim olunur.

Bu  xidmətdən  2  formada  istifadə   etmək  mümkündür:

1. Alınmış  PİN  kodun  telefonun  balansına  yüklənməsi. Bunun  üçün  124  kodu  vasitəsilə  PİN  kod  telefonun  balansına   yüklənilir,  həmin  balansla  danışıq  aparmaq  üçün  123  kodu  üzərindən  zəng  edilir. Məsələn,  123  yığılır,  siqnal  səsindən  sonra  mobil  şəbəkəyə  50(51)xxxxxxx, 55xxxxxxx,  70(77)xxxxxxx,  sabit   şəbəkəyə  22xxxxxxx və s.  qaydada  yığımlar  aparılır, #  vasitəsilə  təsdiq  olunur. 0  kodundan  istifadə  olunmur.  Bu xidmət hələlik Bakı şəhərində aktiv deyil.

2. Alınmış  PİN  kod  telefonun  balansına yüklənmir,  bu  PİN  kod  vasitəsilə  istənilən  sabit   şəbəkə  telefonundan  danışıq  aparmaq  olur.  Bu  variantın  əlavə  üstünlüyü  balansın  hər  hansı  bir  telefonla  məhdudlaşmamasıdır. Yəni,  istifadəçi  həm  öz  mənzilindəki, həm  iş yerindəki, həm də istənilən  digər telefondan  bu  PİN  kodu  yığmaqla  danışıq  apara  bilər. Bu  halda  hər  dəfə  181  yığmaqla  PİN  kod  sistemə  daxil  edilir,  *şəbəkə  kodu, telefon  nömrəsi  daxil  edilir  və  #  vasitəsilə  təsdiq  olunur.  

Hazırda  istifadəçilərə 2, 5,10 manat dəyərində olan TAC kartlar təklif edilir.

Bu xidmətin aşağıdakı üstünlükləri var:

* Yüklənilən kartın dəyərinin 20 faizi  dəyərində əlavə bonus balansa yüklənir.

* Bu kartı almaqla 0 kodu  bağlı olan nömrələr də daxil olmaqla respublika şəbəkəsində istənilən şəhər və kənd telefon nömrələrindən şəhərlərarası, beynəlxalq və mobil şəbəkəyə danışıq aparmaq olar.

Bu texnologiya kartların  istehsalı  və  abunəçiyə  çatdırılması  ilə  əlaqədar lüzumsuz xərcləri aradan qaldırmaqla yanaşı, həm də  istifadəçilərə  sabit  şəbəkə  telefonu  olan  istənilən  yerdən  danışıq  aparmaq  imkanı  verir. Yəni,  xidmətin  haqqı  əvvəlcədən  ödənildiyinə  görə  danışıq  istənilən  sabit  şəbəkə  telefonundan  aparıla  bilər.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bank Standard” müştəriləri öz kartlarının ŞEN-kodunu ATM vasitəsilə dəyişdirə bilərlər

23-09-2009

AzəriKard növbəti unikal məhsulunu təqdim edib

31-05-2019

TQDK ödəmə kartlarının elektron satışı üçün yeni sistem tətbiq etməyə başlayır

06-05-2009

“BAKCELL” bonus kampaniyasının müddətini uzadıb

13-03-2009

Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

18-02-2016

“Aztelphone xidmətindən xarici ölkələrdə istifadə ödənişsizdir”

21-09-2015

Aztelekomdan yeni kampaniya...

05-12-2008

ExpressPay ödəniş terminallarında Bakcell danışıq dəqiqələri hədiyyə olunur

05-08-2015

«Aztelekom» İstehsalat Birliyi «Evə zəng» danışıq sisteminin testləşdirilməsini dayandırıb

04-03-2009

Elektron xidmətlə bağlı xəbərdarlıq

02-04-2013

Daşınan şəhər telefon xidməti istifadəyə verildi

02-03-2015

Sabit şəbəkə telefonlarından istifadəyə görə tariflər yenilənib

26-10-2022

Yeni bankomat mühafizə sistemi yaradılıb

06-04-2016

Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

11-09-2015

12 saat danışıq müddəti - bu artıq reallıqdır.

30-12-2008

Yeni elektron xidmət yaradılıb

24-12-2014

“Metro kartlarının verilməsində problem yoxdur”

15-08-2015

PostPay elektron pul kisəsi istifadəyə verilib

10-07-2019

ALBUKART indi cəmi 3 AZN-ə

25-10-2016

Ev (stasionar) telefonların aylıq abunə haqqı 25% qaldırılıb

09-01-2014

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015

Bakcell abunəçilərinə şad xəbər

25-11-2015

“Elektron hökumət”dən daha bir yenilik: portala daxilolma vasitələrinin sayı artırılıb

15-11-2013

Elektron imza üçün sertifikatların verilməsinə başlanılıb

01-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə