Previous Next
Bağla

Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

21-10-2015 21:38
Nömrələrin satış qaydalarında mühüm dəyişiklik edilib

Məlumat verdiyimiz kimi, “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib.

Xeberler.az-ın məlumatına görə, yeni qərara əsasən telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilib.

Belə ki, mobil nömrələrin satışı mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun bütün mobil operatorlar tərəfindən eyni qaydada aparılacaq. Bununla da, bu günə qədər nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi mümkün olacaq.

"Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) Azərcell Telekom MMC, Bakcell MMC və  Azərfon MMC-nin nümayəndələri ilə növbəti görüş baş tutub.

Görüşdə mobil nömrə satışının yeni qaydalara uyğun təşkili ilə əlaqədar bir sıra texniki və prosedur məsələlər müzakirə edildi.

Görüş çərçivəsində müəyyən olundu ki, artıq bütün operatorlar mobil nömrə satışı ilə bağlı dəyişiklikləri test mühitində tətbiqinə başlamış, və bu günə qədər bir çox satış məntəqələrində proses yeni qaydalara uyğun şəkildə aparılıb.

Belə ki, nömrə satışı zamanı mobil nömrə operatorların şəbəkəsində aktivləşdirilməsi ilə bağlı ərizəçiyə aid məlumatların fiziki və hüquqi şəxslər üçün "Elektron Hökumət" portalına qoşulmuş informasiya sistemləri vasitəsilə ilkin mənbədən identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilməsi təmin olunacaq. 

Yeni qərara uyğun olaraq,

  •   Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdıqdan sonra "Elektron Hökumət" portalı üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq;
  •   "Elektron Hökumət" portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq;
  •   "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara istənilən  dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək mümkün olacaq;
  •   "Elektron Hökumət" portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq;
  •   “Elektron Hökumət” portalında onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaranan problemlər aradan qalxacaq;

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil nömrələrin satışı və aktivləşdirilməsi qaydaları dəyişdirilir

13-08-2015

Mobil nömrələrin satışı portal üzərindən aparılacaq

11-12-2015

Azərbaycanda mobil operatorlar nömrə satışını dayandırır-Yenilənib

03-02-2017

Telefon nömrələrinin satış qaydaları dəyişdi

24-08-2015

Mobil nömrələrin satışı necə olacaq ? - Aktual

10-06-2015

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

Rabitə vasitələrinin satışı və istifadəsi ilə bağlı yenilik

31-10-2015

Sim-kartları elektron formada satmaq icbari olacaq

12-05-2015

Mobil operatorlar yeni tələblərlə razıdır?- Rəsmi

16-11-2016

Ünvanlı sosial yardım almaq istəyənlər onlayn müraciət edəcək

17-12-2015

“Elektron hökumət” portalı tərəfindən yeni xidmət istifadəyə veriləcək

12-06-2015

Telefon nömrələrinin (Sim kartların) satış qaydaları sərtləşdirildi

07-06-2015

Təhsil arayışları elektron formada veriləcək

25-11-2015

Azəriqaz-ın xidmətləri portala inteqrasiya olunur

13-08-2015

Mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadıldı

01-06-2015

Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

04-03-2015

Mobil telefonların qeydiyyat müddəti azaldıldı

28-07-2015

Azərbaycanda Sim-katların onlayn satış vaxtı açıqlanıb

24-04-2016

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

“Mobil nömrədaşıma” xidməti ilə bağlı məlumat bazası yaradılıb

02-06-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci oldu

09-09-2015

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

11-09-2015

Bir ayda 41 mindən artıq nömrə hansı mobil operatora daşınıb?

02-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə