Previous Next
Bağla

TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

13-07-2026 12:23
TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

TƏBİB və “Azerconnect Group” arasında vətəndaşlara göstərilən tibbi xidmətlərin operativliyinin artırılması və müasir texnoloji həllərin tətbiqi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanmış müqaviləyə əsasən, “103” Çağrı Mərkəzinin texnoloji imkanlarının genişləndirilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt əsaslı təkmilləşdirilmiş naviqasiya həllərinin tətbiqi baş tutacaq. Həmçinin tərəfdaşlıq çərçivəsində vətəndaş çağırışlarının yerinin məkan üzrə daha dəqiq müəyyən edilməsi, təcili tibbi yardım briqadalarının hərəkətinin optimallaşdırılması və hadisə yerinə çatma müddətinin daha effektiv idarə olunmasına imkan yaradan texnoloji həllərin icrası planlaşdırılır.

TƏBİB-in icraçı direktoru Anar Bayramov qeyd edib ki, sözügedən müqavilə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və nəticədə vətəndaş məmnuniyyətinin yüksəldilməsinə yönəlib: "Məqsədimiz təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin müasir tələb və çağırışlara uyğun inkişafını təmin etməklə vətəndaşlara daha operativ tibbi yardım göstərməkdir. Bu istiqamətdə həyata keçirilən rəqəmsal transformasiya tədbirləri resurslardan səmərəli istifadəyə, təcili tibbi yardım komandalarının koordinasiyasının daha da təkmilləşdirilməsinə və hadisə yerinə çatma müddətinin azaldılmasına xidmət edəcək. “Azerconnect Group” ilə əməkdaşlıq da məhz bu strateji inkişaf xəttinin mühüm tərkib hissəsidir”.

“Azerconnect Group”un baş direktoru Emil Məsimov isə əməkdaşlıq çərçivəsində tətbiqi nəzərdə tutulan yeni nəsil texnoloji həllərin tibbi xidmətlərin daha çevik və vətəndaşyönümlü təşkilinə mühüm töhfə verəcəyini bildirib: “Qrup şirkətlərimizdə geniş əhali kütləsinə telekommunikasiya, internet və digər rəqəmsal xidmətlərin təqdim edilməsi üzrə uzun illərdən bəri ciddi təcrübə formalaşıb. İnanıram ki, yüksəkkeyfiyyətli xidmətlərin təqdim olunması və ən yeni texnoloji həllər tətbiqində qazandığımız bu zəngin təcrübə TƏBİB ilə əməkdaşlığımıza xüsusi dəyər qatacaq”.

Qeyd edək ki, tərəflər "103"ə daxil olan səsli zənglərin avtomatik təhlili, istifadəçi davranışlarına uyğun xidmət və məlumatların təqdim olunması, eləcə də digər innovativ həllərin tətbiqi istiqamətində də əməkdaşlıq edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Təcili tibbi yardımı rəqəmsallaşdıracaq platforma yaradılır

Təcili tibbi yardımı rəqəmsallaşdıracaq platforma yaradılır

19-12-2025
“E-təbib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq

“E-təbib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq

17-10-2024
Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

21-04-2026
TƏBİB-in fəaliyyətində innovasiya və rəqəmsallaşma əsas prioritetlərdəndir

TƏBİB-in fəaliyyətində innovasiya və rəqəmsallaşma əsas prioritetlərdəndir

30-10-2025
İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025
“Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək

“Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək

12-06-2026
Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

04-12-2024
Bakıda təcili tibbi yardım xidməti sistemində yenilik edilir

Bakıda təcili tibbi yardım xidməti sistemində yenilik edilir

08-09-2016
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

04-06-2026
Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023
Təcili tibbi yardım dronları istifadəyə veriləcək

Təcili tibbi yardım dronları istifadəyə veriləcək

16-09-2019
Səhiyyə Nazirliyi yeni naviqasiya sistemi  hazırlayır

Səhiyyə Nazirliyi yeni naviqasiya sistemi hazırlayır

11-10-2016
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

12-06-2024
Tibbi Xidmət İdarəsi yeni texnologiyaların tətbiqi istiqamətində layihələr reallaşdıracaq

Tibbi Xidmət İdarəsi yeni texnologiyaların tətbiqi istiqamətində layihələr reallaşdıracaq

18-12-2024
Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

27-10-2025
Mənim online həkimim - Azərbaycanda

Mənim online həkimim - Azərbaycanda

27-02-2013
Elektron tibbi arayış xidmətinin təqdimatı keçirildi

Elektron tibbi arayış xidmətinin təqdimatı keçirildi

26-04-2024
Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq

Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq

06-01-2017
Pilotsuz mobil poliklinika

Pilotsuz mobil poliklinika

27-06-2017
Süni intellekt tibdə yeni imkanlar yaradır

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024
Vodafone yenidən Azərbaycana qayıtdı

Vodafone yenidən Azərbaycana qayıtdı

13-06-2024
İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020
“e-Tabib” mobil tətbiqi yeniləndi

“e-Tabib” mobil tətbiqi yeniləndi

16-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə