Previous Next
Bağla

Tibbi Xidmət İdarəsi yeni texnologiyaların tətbiqi istiqamətində layihələr reallaşdıracaq

18-12-2024 16:35
Tibbi Xidmət İdarəsi yeni texnologiyaların tətbiqi istiqamətində layihələr reallaşdıracaq

Ölkə əhalisinin sağlamlığının qorunmasında tibbi xidmətlərin xüsusi rolu var. Tibbi Xidmət İdarəsinin fəaliyyət istiqamətləri təkcə bu xidmətlərlə məhdudlaşmır, həmçinin qurumlararası əməkdaşlıq, tibbi təhsil və ölkə sərhədlərinin sanitariya mühafizəsi sahələrini də əhatə edir.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədr müavini Şahlar Mirqasım söyləyib. O bildirib ki, ölkənin sanitariya mühafizəsi Səhiyyə Nazirliyinin, sərhədlərin sanitariya mühafizəsi isə Dövlət Gömrük Komitəsinin səlahiyyətindədir: “Bu işin daha səmərəli təşkili məqsədilə 2008-ci ildən etibarən “Bir pəncərə” prinsipi tətbiq olunur. Bu prinsip çərçivəsində Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq daha da gücləndirilib. Belə yanaşma ölkəyə daxil olan malların və yüklərin gigiyenik və sanitariya tələblərinə uyğunluğunu təmin etmək məqsədi daşıyır”.

Ş.Mirqasım sərhəd sanitariya nəzarətinin ölkə ərazisinə daxil olan malların təhlükəsizliyini təmin etməklə yanaşı, həm də əhalinin sağlamlığına təsir göstərə biləcək risklərin qarşısının alınması baxımından mühüm olduğunu bildirib: “Bu kontekstdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir”.

Sədr müavini qeyd edib ki, diqqətçəkən məqamlardan biri də tibbi təhsil sahəsinə Dövlət Gömrük Komitəsinin verdiyi töhfələr olub: “Tibbi Xidmət İdarəsi tibb təhsilinin təkmilləşdirilməsinə, xüsusilə də rezidentura proqramlarının inkişafına mühüm töhfələr verir. Gənc həkimlərin ixtisaslaşması və praktik bacarıqlarının artırılması məqsədilə elmi-təcrübi proqramların təşkilinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də önəmli prioritetlərdən biridir”.

O, tibb işçilərinin peşəkarlığının artırılmasının tibbi xidmətin keyfiyyətinin yüksəlməsində mühüm rol oynadığını vurğulayıb: “Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin tibbi təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr davamlı xarakter daşıyır”.

Ş.Mirqasım idarənin regionlarda keçirdiyi tibbi-sosial aksiyalar haqqında da məlumat verib: “Regionlarda əhalinin pulsuz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi, tibbi maarifləndirmə və xəstəliklərin profilaktikası istiqamətində tədbirlər keçirilir. Bu aksiyalar əsasən kənd və ucqar bölgələrdə reallaşır və əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır”.

“Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi əhalinin sosial cəhətdən həssas təbəqələrinə, xüsusilə aztəminatlı ailələrə, yaşlılara və uşaqlara tibbi xidmətin göstərilməsinə xüsusi diqqət yetirir. Bu fəaliyyətlər çərçivəsində əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, profilaktik tədbirlərin görülməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə müxtəlif sosial layihələr həyata keçirilir. Yaxın gələcəkdə idarə tibbi xidmətlərin rəqəmsallaşdırılması, tibbi nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və sərhədlərin sanitar-gigiyenik mühafizəsi sahəsində yeni texnologiyaların tətbiqi istiqamətində layihələr reallaşdıracaq”, - deyə Ş.Mirqasım əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

18-12-2024

Təcili tibbi yardımı rəqəmsallaşdıracaq platforma yaradılır

19-12-2025

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

“Tibbdə İnternet” Beynəlxalq konqresi

27-08-2008

Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

31-08-2015

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025

Nikah üçün tibbi arayışı ASAN xidmətdən almaq olar

04-08-2015

“Tibbi şəhadətləndirmə” altsistemi və proaktiv təyinat mexanizmi müsabiqədə uğur qazanıb

16-12-2024

Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

04-12-2024

Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

27-10-2025

“Rəqəmsal Tibbi Həllər” şirkəti yaradılıb

16-01-2024

Elektron tibbi arayış xidmətinin təqdimatı keçirildi

26-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə