Previous Next
Bağla

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023 12:18
Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb. Vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.

Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətindən Xeberler.az--a verilən məlumata görə, ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi bu yenilik imkan verəcək ki, ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaş sürətli şəkildə müvafiq həkimə yönləndirilsin.

Bu prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq poliklinikalarında başlanılıb. İlkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq, daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq poliklinikalarında da davam etdiriləcək.

Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək.

Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətlərin təşkili departamentinin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə İsmayılovanın sözlərinə görə, əvvəlki dövrlərdə poliklinikaya müraciət edən vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada toplanırdı: “Ambulator tibbi kitabçaların axtarılması, eyni zamanda vətəndaşın qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi halda onun üçün yeni ambulator tibbi kitabçanın açılması bir qayda olaraq tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinə səbəb olurdu. Bu həkimlərə xəstələrin əvvəlki tibbi məlumatlarının öyrənilməsində çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur. Ölkənin istənilən rayonunun ərazisində yaşayan vətəndaş istənilən poliklinikaya müraciət etdiyi halda yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun ambulator tibbi kitabçasında olan məlumatları elektron qaydada əldə etmək və onu müvafiq həkimə yönləndirmək mümkün olacaq”.

Qeyd edilib ki, bu məqsədlə “E-Təbib” proqramında müvafiq həkim səhifəsinin yaradılması ilə bağlı texniki tapşırıqlar hazırlanıb və tətbiqi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinə təqdim olunub.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Həkim qəbuluna “e-Tabib” tətbiqi üzərindən yazılmaq mümkün olacaq

01-05-2023

Bakıda təcili tibbi yardım xidməti sistemində yenilik edilir

08-09-2016

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

“Rəqəmsal Tibbi Həllər” şirkəti yaradılıb

16-01-2024

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

18-12-2024

İsrail ilə səhiyyə sisteminin elektronlaşdırılması müzakirə edilib

11-04-2025

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Səhiyyədə 25 xidmət elektronlaşacaq

12-03-2013

Təcili tibbi yardımı rəqəmsallaşdıracaq platforma yaradılır

19-12-2025

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026

NRYTN-in dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulubv

28-04-2020

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025

Dövlət agentliyi lisenziya yenilənməsi xidmətinə 4,6 milyon milyon manat xərcləyəcək

24-01-2023

Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

27-10-2025

Tibbi Xidmət İdarəsi yeni texnologiyaların tətbiqi istiqamətində layihələr reallaşdıracaq

18-12-2024

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

“1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti istifadəyə verilib

19-12-2024

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə