Previous Next
Bağla

Təhlükəli virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

25-10-2017 16:42
Təhlükəli virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

Müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran “Bad rabbit” adlandırılan ransomware virusu aşkar olunub.

Qeyd edək ki, virus “Win32/Diskcoder.D” “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.

Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan virus Petya virusunun bir başqa formasıdır.  Hücumçu kompüter sistemlərini kilidləyir və açılması üçün qurbandan  0.05 bitcoin (~ $285) tələb edir. Belə ki, virus bəzi rus xəbər media saytlarına daxil olan istifadəçilərə saxta Adobe Flash Player-də yenilik barəsində pop-up reklam mesajı kimi təqdim olunaraq yayılmışdır.

Bununla yanaşı, istifadəçilər bu və ya digər təhlükəli vebsaytlara daxil olduğu zaman zərərli fayllardan ibarət olan saytlara yönləndirilir. 

Tələb olunan məbləğ ödənilmədən şifrələnmiş sistemlərin deşifrə olunma yolları hələ də araşdırılmaqdadır.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud təhlükədən mühafizə olunmaq üçün aşağıdakı təhlükəsizlik tədbirlərini istifadəçilərin diqqətinə çatdırır:

Ziyanvericinin şəbəkənizdə yayılmasının qarşını almaq üçün WMI xidmətini (Windows Management Instrumentation Command-line) deaktiv edin;

Kompüterdəki faylların (mətn, şəkil, video, audio) ehtiyat nüsxəsini başqa bir qurğuya köçürün (backup);

Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal yenilənmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparın;

E-poçt vasitəsi ilə göndərilən naməlum fayllara, tanış olmayan hər hansı digər mənbəyə keçidə daxil olmayın;

Qeyri-rəsmi mənbələrdən tətbiqetmələr yükləyib quraşdırmayın;

Sisteminizi ehtiyac olmadığı təqdirdə admin olaraq idarə etməyin;

Aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olun;

Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə edin.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

29-06-2017
Nazirlikdən qlobal virus epidemiyası ilə bağlı xəbərdarlıq

Nazirlikdən qlobal virus epidemiyası ilə bağlı xəbərdarlıq

15-05-2017
Ziyanverici proqramların 2009-cu ilin fevral ayı üçün reytinqi

Ziyanverici proqramların 2009-cu ilin fevral ayı üçün reytinqi

04-03-2009
Yeni virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

Yeni virus aşkarlanıb-Nazirlikdən xəbərdarlıq

27-01-2017
Oktyabr ayında ən çox yayılan virusların adı açıqlanıb

Oktyabr ayında ən çox yayılan virusların adı açıqlanıb

23-11-2009
Kaspersky-dən virus xəbərdarlığı

Kaspersky-dən virus xəbərdarlığı

04-09-2009
Twitter-dən təhlükəsiz istifadə qaydaları

Twitter-dən təhlükəsiz istifadə qaydaları

17-04-2023
Adobe proqramını yeniləyin-Xəbərdarlıq

Adobe proqramını yeniləyin-Xəbərdarlıq

16-03-2018
Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

09-01-2016
Diqqət! Virus:  "Flash playerinizi yeniləyin.."

Diqqət! Virus: "Flash playerinizi yeniləyin.."

23-06-2011
Nazirlik: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

Nazirlik: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

02-10-2020
Apple təklif edir: Antivirus istifadə edin!

Apple təklif edir: Antivirus istifadə edin!

03-12-2008
AKTA: Hesabınız ələ keçirilə bilər

AKTA: Hesabınız ələ keçirilə bilər

23-12-2024
Çat həvəskarlarına bəd xəbər

Çat həvəskarlarına bəd xəbər

02-09-2010
Petya virusundan necə müdafiə olunmalı? – Təlimat

Petya virusundan necə müdafiə olunmalı? – Təlimat

01-07-2017
Google reklamlarında təhlükə-Hakerlər virus yayır

Google reklamlarında təhlükə-Hakerlər virus yayır

22-11-2022
200 min dollar ödəniş tələb edən virus aşkar edilib

200 min dollar ödəniş tələb edən virus aşkar edilib

11-01-2017
Virus Bulletin Dekabr 2008: iki antivirus payız imtahanına qaldı

Virus Bulletin Dekabr 2008: iki antivirus payız imtahanına qaldı

02-01-2009
İnternetdə yeni təhlükə

İnternetdə yeni təhlükə

28-08-2010
Azərbaycanda 1 milyona yaxın zərərverici virus bloklanıb

Azərbaycanda 1 milyona yaxın zərərverici virus bloklanıb

16-04-2023
Yeni zərərli proqram aşkar edilib

Yeni zərərli proqram aşkar edilib

11-05-2018
Diqqətli olun! Facebookda virus yayılıb

Diqqətli olun! Facebookda virus yayılıb

18-05-2009
Apple kompüterləri üçün yeni virus aşkarlanıb

Apple kompüterləri üçün yeni virus aşkarlanıb

13-07-2016
Yeni təhlükəli mobil virus yayılıb-Xəbərdarlıq

Yeni təhlükəli mobil virus yayılıb-Xəbərdarlıq

20-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə