“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində

09-02-2024 / 22:08

Azercell-in həyata keçirdiyi layihə bölgə əhalisini onlayn təhlükələr haqqında maarifləndirir

 Ölkənin lider mobil operatoru Azercell-in “Təhlükəsiz internet” layihəsi çərçivəsində regionlarda həm yeniyetmələr, həm də böyüklər üçün maarifləndirici dərslər keçirilir. Bu dəfə Quba və Lənkəran məktəbliləri və onların valideynləri onlayn təhdid və təhlükələr barədə, həmçinin onlarla mübarizə yolları haqqında məlumatlar əldə ediblər.

Sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilən dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olurlar:

  • virtual tanışların yoxlanılması;
  • şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;
  • şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;
  • şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;
  • trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək

 

Dərslər “GID CSR Consulting” QHT-nin peşəkar təlimçiləri tərəfindən aparılır. “Təhlükəsiz internet” layihəsində 300-dən çox şagird və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azercell 2016-cı ildən mütəmadi olaraq internet təhlükəsizliyi haqqında maarifləndirici layihələr həyata keçirir. Bu illər ərzində müxtəlif yaşda olan 1500-dən çox internet istifadəçisi bu layihələrdən yararlanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə